Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Samuxda 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Ordumuz qürurumuzdur” mövzusunda tədbir keçirilib

Samuxda 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Ordumuz qürurumuzdur” mövzusunda tədbir keçirilib

26.06.2021 [08:45]

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Ordumuz qürurumuzdur” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən erməni işğalından azad olunduğunu bildirib. O, Silahlı Qüvvələrimizin yaradılmasının 103-cü ildönümünün ölkəmizin hər bir guşəsində böyük təntənə ilə qeyd edildiyini söyləyib.

Sonra tədbirdə YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri Aytən Məmmədova, Nuridə Həsənova, Gülvin Babayeva və Təhminə Əliyeva çıxış ediblər.

Qeyd olunub ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında yer alması qürurvericidir.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 727 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31