YAP Xətai rayon ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir
14.12.2021 [17:27]
Dekabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Sadıqcan küçəsi 23, Gəncə prospekti 81 A və Gəncə prospekti 99(453) ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.
Yığıncaqlarda Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq bildirib ki, bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərdə əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Bu gün qəbul olunan hər bir siyasi qərarın gələcək nəsillərin öyrənəcəyi tarix olduğunu vurğulayan V.Rəhimzadə diqqətə çatdırıb ki, əgər hazırda azad, qüdrətli Azərbaycan varsa, demək 30 il öncə xalqın qəbul etdiyi qərar doğru idi: “Azərbaycan xalqı hələ 1993-cü ildə öz taleyinə sahib çıxaraq Ulu Öndəri hakimiyyətə dəvət etdi və ölkəmizin sabitliyi də məhz ondan sonra başladı. Bu gün də dünyada, regionda mürəkkəb hadisələr baş verir. Amma bütün bunlara rəğmən qalib, dünya hərb tarixinə adını qızıl hərflərlə yazan Azərbaycan daha da inkişaf edir. Ümumiyyətlə, iki amil dünyada həmişə qibtə yaradıb – güc və intellekt. Bu gün Azərbaycan həm güclüdür, həm də ölkəmizdə intellektual cəmiyyət var. 2003-cü ildə Ulu Öndərin çağırışına səs verən Azərbaycan xalqının Heydər Əliyev ideyalarını, onun əsasını qoyduğu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevə etimad göstərməsinin nə qədər doğru seçim olduğu inkişaf edən Azərbaycanın timsalında öz təsdiqini tapmaqdadır”.
“Vətən savaşında qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisəsidir” söyləyən V.Rəhimzadə bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə yurd-yuvalardan didərgin düşmüş soydaşlarımızın ümidləri yenidən çiçək açdı: “Əzəli ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın sınmış qürurları özünə qayıtdı. Bu Qələbə həm də onu göstərdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olmağımızla qürur duyuruq. Torpaqlarımızın 30 illik əsarətinə son qoyuldu. Mənəvi dəyəri yüksək olan Şuşaya Azərbaycanın üçrəngli əzəmətli bayrağı sancıldı. Bununla da Azərbaycan Cənubi Qafqazda iqtisadi, siyasi, hərbi baxımdan ən güclü ölkə olduğunun möhürünü vurdu”.
Vüqar Rəhimzadə YAP Xətai rayon təşkilatının yeni reallıqlardan irəli gələn vəzifələrin uğurlu icrası istiqamətində bütün səylərini birləşdirdiyini vurğulayıb.
Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Qarat Qaratov Sadıqcan küçəsi 23 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Nazilə Ağapaşayeva sədr müavini, Mehriban Mustafayeva Gəncə prospekti 81 A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Fərqanə Qəmbərova sədr müavini, Aliyə Kərimova Gəncə prospekti 99(453) ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Sevinc Nəzərova isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51

