Heydər Əliyev-Tarix yaradan şəxsiyyət
10.05.2022 [12:23]
Bu günlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu,Ümumilli Liderimiz Heydər Əliyevin anadan olmasının 99 illiyi xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir.Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.İntibah,milli şüurun dirçəlişi,iqtisadiyyatın inkişafı,müstəqilliyimizin dönməz xarakter olması məhz bu dövrün əsas mahiyyətini təşkil edir.
Ulu Öndərin hakimiyyəytdə olduğu 35 ildə gördükləri işləri ondan əvvəlki dövürlərdə olan hakimiyyət sahiblərinin heç biri görməyib.
Ulu Öndər Azərbaycanda siyasi pluralizm,siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir.1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsil “Yol xəritəsi,, ni ortaya qoydu.Bununla ölkəmizdə bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsədə,artıq onun itirilməsi təhlükəsi ilə üzləşmişdir.Ölkədə ciddi hakimiyyət böhranı yaranır,anarxiya baş alıb gedirdi.Ölkə az qala vətəndaş müharibəsinə sürüklənirdi.Artıq Xocalı qətliamı törədilmiş.Şuşa,Laçın və digər ərazilərimiz işğal olunmuşdur.Hakimiyyəti zəbt etmiş Xalq Cəbhəsi-Müsavat cütlüyü günbəgün nüfuzdan düşür,ölkənin idarə etməsində yaranan siyasi xaos dahada dərinləşirdi.
Buna görədə 1992-ci ildə Azərbaycanın 91 nəfər tanınmış və vətənpərvər ziyalısı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən onun hakimiyyətə qayıdışı zərurətini əsaslandıran müraciətə imza atdı.
Müraciət cavabsız qalmadı və 550 nəfərdən ibarət təşəbbüs qurupu Naxçıvana gedərək orada Yeni Azərbaycan Partiyasının təsis Konfransını keçirməyə nail oldu.Noyabrın 21 də Ulu Öndərin sədrliyi ilə Azərbaycanın bütöv regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans keçirildi.Konfransda Ulu Öndər yekdilliklə Partiyanın sədri seçildi.Beləliklə,müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi misiya götürən Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapdı.Bu əslində xalqımızın unudulmaz dönüş anı idi.Xilaskar partiyanın meydana gəlməsi 1988-ci ildən başlayaraq,ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan içtima-siyasi şəraitin məntiqi nəticəsi idi.1993-cü ilin yayında Azərbaycanda vətandaş müharibəsi təhlükəsi artan dövrdə vəziyyət bir mənalı olaraq bütün ümidlərini Heydər Əliyevin dühası ilə bağladı.
Ulu Öndər Heydər əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qaydışının bütövlükdə Azərbaycan xalqı böyük ümidlə,inamla qarşıladı.qısa zaman kəsiyində Respublikamız real təhlükələdən xilas edildi.Qeyri-qanuni silahlı birləşmələr ləğv edildi,ictima-siyasi sabitlik təmin edilməyə başladı.
Heydər Əliyevin gərgin fəailiyyəti nəticəsində ölkədə əmin – amanlıq yarandı,xaos,özbaşınalıq aradan qaldırıldı.Həyat öz axarına düşdü.
Heydər Əliyev Prezident seçildikdən sonra qarşıda duran prioritet vəzifələrdən biri ölkəsinin beynəlxalq əlaqələrini möhkəmləndirilməsi , qonşu dövlətlərlə ,dünya birliyinə inteqrasiya olunmaq idi.
1993-cü ilin axırlarında və 1994-cü ilin əvəllərində erməni işğalçılarına qarşı mübarizədə ilk hərbi uğurlar qazanıldı və atəşkəsə nail olundu.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirə salınmaz sosial-iqtisadi , siyasi və mədəni tədbirlərlə yanaşı milli ordunun formalaşdırılması , Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması , torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı.
Bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin sentyabrında “Əsrin Müqaviləsi,, imzalandı.Bununlada Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata çeçirilməsinin parlaq təzahürü oldu.
Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim ipək yolunun bərpası , Bakı –Tblisi-Ceyhan , Bakı-Tblisi- Ərzurum neft və qaz kəmərinin çəkilişi ilikn qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə gördüyü işləri saymaqla qurtarmaq olmaz.Əldə olunan bütün bu uğurlar Azərbaycanın dövlət müstəqilliyinin dönməz xarakter almasının təmin etmişdir.
Bu gün Azərbaycanda hər kəs etiraf edir ki, Ulu Öndər 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi, biz indi müstəqil,qüdrətli,tərəqqi edən,yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.
Məhz Heydər Əliyevin ermənistanın işğal siyasətinə qarşı qurduğu milli müdafiyə siyasəti aradan on illər keçsədə , Möhtərəm Prezidentimiz , Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi , əsası Ulu Öndər tərəfindən qoyulan milli ordumuzun əsgər və zabitlərinin göstərdikləri yüksək sücayət və qəhrəmanlıqları nəticəsində Azərbaycanı şanlı qələbəyə qovuşdurdu.Odur ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini heç vaxt unutmayacaq nə qədər ki , Azərbaycan xalqı var , Heydər Əliyev yaşayacaqdır.Çünki Heydər Əliyev yolu Azərbaycanı inkişafa , yeni – yeni qələbələrə aparan yoldur.
Elçin İsmayılov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

