Abel Məhərrəmov bizim yeganə seçimimizdir!
05.11.2010 [09:32]
Dünən YAP-ın 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədi Abel Məhərrəmov Şəfaət Mehdiyev küçəsinin seçicilərilə görüşüb.
Görüşdə çıxış edən Abel Məhərrəmovun vəkili akademik Vasim Məmmədəliyev vurğulayıb ki, seçicilərin namizədləri ilə görüşünə belə kütləvi şəkildə gəlmələri səriştəli, təşkilatçı və təşəbbüskar elm xadiminə hörmət və etiramdır. Fəaliyyətində təmsil olunduğu partiyanın kursunu, Ulu öndər Heydər Əliyev ideyalarını əsas tutaraq əsil mənada vətəndaşlıq mövqeyini əməli işi ilə təsdiqləyən AMEA-nın həqiqi üzvü Abel Məhərrəmov həm də Əməkdar elm, dövlət xadimidir: “Abel müəllimin fəaliyyəti çoxşaxəlidir. 49 patentin, 9 monoqrafiya, 44 dərslik və dərs vəsaitinin, 800-dən artıq elmi məqalənin müəllifi kimi özünü alim kimi təsdiqləyən akademik YAP-ı İdarə Heyətinin, Siyasi Şurasının üzvü kimi cəmiyyətdə aparılan quruculuq, dövlətçiliyin möhkəmlənməsi işində də vətəndaşlıq mövqeyini təsdiqldəyir”.
Namizədin digər vəkilləri, AMEA-ın müxbir üzvü Məsumə Məlikova və professor Abuzər Xələfov çıxışlarında qeyd ediblər ki, Abel müəllimin kimya elminə verdiyi töhfələr, bu sahənin inkişafı üçün göstərdiyi xidmətlər beynəlxalq aləm tərəfindən yüksək səviyyədə dəyərləndilir, xarici ölkələrdəki həmkarlarının da marağını cəlb edir: “Təhsil haqqında” Qanunun qəbulu ilə əlaqədar onun millət vəkili kimi göstərdiyi fədakarlık, beynəlxalq təcrübəyə əsasən verdiyi səmərəli təklif və məsləhətlər Azərbaycan elminin inkişafına yönəldilir. Tanınmış, ictimaiyyətçi, cəmiyyətdə böyük nüfuz qazanmış, bir neçə beynəlxalq mükafatlar laureatı kimi dünya miqyasında tanınan alim başçılıq etdiyi kollektivdə, BDU-da sağlam əhval ruhiyyə yaratmaqla müəllim-tələbə münasibətlərində yeni yanaşma, baxış formalaşdırıb”.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov Azərbaycanda elmin, təhsilin inkişafında təcrübəli pedaqoq kimi fədakarlıq göstərən akademik Abel Məhərrəmovun elmi, ictimai-siyasi fəaliyyəti barədə danışıb.
Bildirib ki, başçılıq etdiyi universitetin 20 minlik tələbə ordusuna mənəvi dəstək göstərən, hazırlıqlı kadrların yetişməsində, tədrisin keyfiyyətinin daha da yüksəlməsində xüsusi əməyi olan Abel müəllim, bir millət vəkili, ictimai xadim kimi Yasamal rayonunda aparılan quruculuq, abadlıq işlərində də əlindən gələni əsirgəmir. Milli Məclisdə fəal deputat kimi tanınır: “Azərbaycan elminin inkişafına layiqli töhfələr vermiş, Milli Məclisdə fəal millət vəkili kim seçicilərinin etimadını doğruldan Abel Məhərrəmov kimi xadimlərin xalqın etimadının qazanmasının səbəbi onun vətəninə, xalqına sonsuz məhəbbəti, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev ideyalarına sədaqəti, Prezident İlham Əliyev siyasətini dəstəkləyən savadlı gənclər yetirməsidir. üzvü olduğu YAP-ın ictimaiyyət arasında böyük nufuz qazanması, sıralarının sağlam gənclərlə möhkəmlənməsində də təcrübəli pedaqoq, sağlam düşüncəli vətəndaş kimi əlindən gələni əsirgəmir. Buraya toplaşan insanların çoxluğu o deməkdir ki, Abel müəllimin ikinci dəfə millət vəkili adını qazanması xalqın ürəyindən qaynaqlanan hissdir”.
çıxışına “Mən deyərdim ki, dünya sivilizasiyasına can atan, Şərqlə Qərb arasında körpü olan Azərbaycanın mentaliteni dünyada tanıdanlardan biri də Abel Məhərrəmovdur” sözləri ilə başlayan “Şöhrət” ordenli, Xalq artisti Mənsum İbrahimov vurğulayıb ki, YAP-ın namizədi kimi Abel Məhərrəmovla görüşə şəxsi təşəbbüsü ilə gəlib: “İstəyirəm ki, ona dəstək göstərəcək insanlar arasında mənim də imzam, səsim olsun. çünki, o həqiqi mənada xalq içərisindən çıxmış, xalqa layiq bir millət vəkilidir”.
Seçicilər adından çıxış edənlər 7 noyabrda Abel Məhərrəmova səs verməklə ölkəmizi dünyada tanıdan Prezident, YAP-nın Sədri İlham Əliyevlə həmrəyliklərini təsdiqləyəcəklərini, daha qüdrətli Azərbaycan naminə birlik nümayiş etdirəcəklərini bildiriblər.
Sonda Abel Məhərrəmov ona göstərilən etimad üçün seçicilərinə minnətdarlıq edib. Vurğulayıb ki, reallıqlara əsaslanan seçki prosesinin bütün mərhələləri beynəlxalq təcrübəyə əsaslanan Seçki Məcəlləsinin, demokratiyanın tələblərinə uyğun davam etdirilib.
Bütün namizədlər üçün bərabərlik prinsipləri əsasında eyni şəraitin yaradılmasını tələb edən Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”kı sərəncamları ölkədə demokratiyanın inkişafı istiqamətində aparılan islahatları əks etdirir: “Prezident İlham Əliyevin, Onun başçılıq etdiyi YAP-ın siyasətində başlıca məqsəd budur ki, seçici hüquqları bütün səviyyə və mərhələlərdə qorunsun, seçkilərin azad, demokratik, şəffaf keçirilməsi təmin olunsun. YAP-ın namizədləri inanırlar ki, 7 noyabrda seçicilər onlar üçün yaradılmış bu şəraiti sağlam düşüncə ilə dəyərləndirəcək, Azərbaycanı lider dövlət kimi tanıdan mövcud iqtidarın siyasətini, ölkədəki siyasi sabitliyi, dinamik inkişafı, güclü dövlət, yüksək rifah vəd edən YAP-ı dəstəkləyək onun namizədlərinə etimada göstərəcəklər”.
Namizəd sonda seçicilərilə səmimi söhbət edib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37

