Möhkəm təmələ əsaslanan əməkdaşlıq
19.09.2023 [12:26]
Xarici siyasətində iki və çoxtərəfli çərçivədə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu sahədə qazandığı uğurlar davamlılığı ilə diqqət çəkir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarının biri-birini əvəzlədiyi diqqətdən kənarda qalmır. Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, xarici siyasətimizdə türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əlaqlərin inkişafı əsas prioritetlər sırasındadır. Sentyabrın 14-də Tacikistan Prezidentinin dəvəti ilə Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edən dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. O da bildirildi ki, otuz ildən artıqdır müstəqil dövlət kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Dövlət başçısı İlham Əliyevin cari ilin ötən dövründə Tacikistana iki dəfə səfər etməsi ölkələrimiz, xalqlarımız arasında münasibətlərin yüksələn xətlə inkişafını təsdiqləyir. Ölkə Prezidentinin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisidir. İlk dəfə Məşvərət görüşündə regiondankənar ölkə təmsil olundu. Ümumiyyətlə, son illər ölkəmizin çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə, Zirvə toplantılarına dəvət olunması mütəmadi hal alıb. Bütün bunlar Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörmətin, onun yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın coğrafi mövqeyinin və regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir.
Cənab İlham Əliyev ötən dəfə Tacikistana səfəri zamanı Prezidentlərin təkbətək, geniş tərkibdə keçirilən görüşlərində iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Növbəti səfər münasibətlərin yeni prioritetlər üzrə imkişafında əhəmiyyətli rol oynayaraq yeni səhifənin açılmasına stimul olacaq.
Reallıq budur ki, diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq dövrdə Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin bu münasibətlərin möhkəm təməlinin qurulmasında rolu yüksək dəyərləndirilir.
Qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin inkişafında stimulverici amildir. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında bu əminliyi ifadə etmişdir ki, səfər əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Cənab İlham Əliyev onu da qeyd etdi ki, Tacikistana ötən səfəri zamanı qəbul olunmuş qərarlar və imzalanan sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Dövlətimizin başçısı Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözlədiyini bildirdi.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05

