Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ramiz İbrahimov: “MSK seçkilərin ədalətli və şəffaf keçirilməsinə xüsusi diqqət yetirir”

Ramiz İbrahimov: “MSK seçkilərin ədalətli və şəffaf keçirilməsinə xüsusi diqqət yetirir”

10.08.2024 [12:35]

Seçkilərin hazırlanıb keçirilməsinə məsul olan qurum kimi Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin yüksək səviyyədə, qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə azad, ədalətli və şəffaf gerçəkləşdirilməsi üçün seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsinə xüsusi diqqət yetirir. Bu sözləri secki-2024.az saytına açıqlamasında MSK üzvü Ramiz İbrahimov deyib.

“2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla ilk dəfə olaraq respublikanın hər bir bölgəsini əhatə etməklə keçirilir”, - MSK üzvü qeyd edib. 

R.İbrahimov söyləyib ki, ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır: “Sözügedən konstitusion hüquqların təmin olunması üçün MSK seçki qanunvericiliyinin düzgün tətbiq edilməsi, seçkilərin keçirilməsi zamanı aşkarlıq, şəffaflıq, ədalətlilik kimi mühüm prinsiplərin qorunması, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib və hazırda da müvafiq maarifləndirmə layihələrini davam etdirir”.

Paylaş:
Baxılıb: 750 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31