Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Politoloq: Yeni formalaşacaq Milli Məclisin Azərbaycanın gələcək mənzərəsində mühüm rolu olacaq

Politoloq: Yeni formalaşacaq Milli Məclisin Azərbaycanın gələcək mənzərəsində mühüm rolu olacaq

10.08.2024 [16:02]

“Sentyabrın 1-nə təyin edilmiş seçkilərin Azərbaycan üçün həm siyasi, həm tarixi, həm də mənəvi əhəmiyyəti var. Bu, müstəqillik illərində Milli Məclisə keçirilmiş digər seçkilərdən fərqlənəcək. İndiki seçkilər ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda keçiriləcək. Bu mənada seçkilər tarixi əhmiyyət daşıyır”. Bunu secki-2024.azsaytına açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq hesab edir ki, Azərbaycan artıq regional gücdən qlobal gücə çevrilib: “Belə bir ölkədə yeni formalaşacaq Milli Məclisin üzvləri Azərbaycanın mövqeyini qanunvericilik müstəvisində mükəmməl formada ifadə edəcəklər. Bu mühüm siyasi hadisə ölkəmizin milli maraqlarının, suverenliyinin daha da güclənməsinə təsir göstərəcək”.

Tural İsmayılov seçkilər ərəfəsində Azərbaycanın qarşısında bir sıra qlobal çağırışların durduğunu söyləyib: “Bu baxımdan yeni formalaşacaq Milli Məclis seçkilərdən sonra beynəlxalq əhəmiyyətli siyasi proseslərdə maksimum şəkildə iştirak edəcək. Yeni heyətin Azərbaycanın gələcək siyasi mənzərəsində xüsusi rolu olacaq. Azərbaycan hazırda mühüm beynəlxalq proseslərdə layiqli formada iştirak etməyə çalışır. Milli Məclis isə ölkənin həyata keçirdiyi siyasətə adekvat addımlar atacaq”.

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31