/ / Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq
Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq
25.05.2022 [17:18]
Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib. İcrasına 2016-cı ildən başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim ediləcək.
Trend xəbər verir ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları və qayğısı nəticəsində Azərbaycanda xalçaçılıq sənətinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilib, müxtəlif layihələr həyata keçirilib.
Heydər Əliyev Fondunun qədim sənətə yeni nəfəs verən kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəst xalı-gəbələri bənzərsiz sənət nümunələri kimi ziyarətçilərin marağına səbəb olacaq. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsi ilə ziyarətçiyə öz mesajlarını çatdırır. “Yaranış” əsərində isə xammalın hazırlanmasından xalçanın tam ərsəyə gəlməsinə kimi bütün mərhələlər parlaq bədii dillə öz əksini tapıb.
Yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib. Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada 170 rəng və çalarlardan istifadə olunub. Müxtəlif rəng çalarlarının əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə xalçalarda əbədiləşərək öz əksini tapıb.
“Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat isə eyniadlı kitabda yer alıb. Nəşrdə oxuculara Azərbaycanda xalça sənətinin tarixi, qədim sənətin yaşadılması üzrə dövlət tərəfindən görülən tədbirlər, yeni kolleksiyanın ərsəyə gəlməsi prosesi barədə materiallar təqdim edilir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

