Cenevrə Konvensiyasına görə...
10.06.2022 [10:08]
Azərbaycanlıların da olduğu Ukrayna gəmiləri üçün humanitar dəhliz yaradılmalıdır
N.TUNAR
Rusiyanın mühasirəyə alaraq minaladığı limanlardakı gəmilərdə Azərbaycandan olan insanlar da var. Bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams bildirib. Onun sözlərinə görə, hazırda Ukrayna limanlarında göyərtəsində 450-yə yaxın matros olan təxminən 80 gəmi mühasirədədir. Göyərtədəki insanların üçdə biri Filippindəndir. Orada Azərbaycan və Türkiyədən də çoxlu sayda insan var. Ukraynanın Xarici İşlər Nazirliyi isə bildirib ki, bu ölkənin taxılını dəniz yolu ilə ixrac etməsi üçün Rusiya donanmasını regiondan çıxarmalı və limana, eləcə də kommersiya karvanına hücum etməyəcəyi haqqında təhlükəsizliyə təminat verməlidir.
Bəs gəmilərdəki insanların taleyi necə olacaq? Bu barədə qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, bütün müharibələrdə maksimum dərəcədə mülki insanların itkilərə məruz qalmamasına çalışmaq lazımdır. Onun sözlərinə görə, bununla bağlı Cenevrə Konvensiyası mövcuddur: “Bu konvensiyanı bir çox ölkələr, o cümlədən Rusiya imzalayıb. Yaxşı olar ki, heç zaman müharibələr baş verməsin. Amma baş verərsə, müharibə aparan ölkələr müharibə qanunlarına əməl etməlidirlər. Ukraynadakı vəziyyətə gəlincə, düşünürəm ki, belə situasiyalarda humanitar dəhliz yaradılmalıdır. Müharibə edən dövlətlər imkan yaratmalıdır ki, digər ölkələrin gəmiləri, vətəndaşları o ərazilərdən çıxsın. Yəni, mülki insanların hamısına bu şərait yaradılmalıdır, ilk növbədə isə, üçüncü ölkənin vətəndaşlarına bu imkan tanınmalıdır. Həm Rusiya, həm də Ukrayna bu məsələyə diqqətlə yanaşmalıdır, çünki beynəlxalq hüquqi öhdəlikdir”.
Ekspertin fikrincə, mühasirədə olan insanların xilas edilməsi həm də mənəvi məsələdir: “Çünki humanist addımların atılması o ölkələrin dünyada nüfuzuna təsir edəcək amillərdən biridir. Müharibə edən ölkələrin hədəfi heç də mülki əhali, işçilər, xarici vətəndaşlar olmamalıdır. 44 günlük Vətən müharibəsində Azərbaycan bunun nümunəsini göstərdi. Biz dəfələrlə erməni terroruna, soyqırımına məruz qalsaq da, mülki erməni əhalisi üçün heç bir problem yaratmadıq. Ordumuz mülki hədəfləri yox, hərbi hədəfləri vurdu. Amma erməni hərbi birləşmələri Gəncəni, Tərtəri, Bərdəni və digər yaşayış məntəqələrini hədəfə aldılar, günahsız insanları öldürdülər. Mülki insanların hədəfə alınması hərbi cinayətdir. Ona görə də, müharibə şəraiti olsa belə, ölkələr insanlığa xidmət edən addımlar atmalıdırlar”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

