Dəmirdən yol çəkilən gün
20.01.2023 [11:07]
143 yaşlı Azərbaycan dəmir yolu...
Yeganə BAYRAMOVA
Böyük inkişaf yolu keçmiş Azərbaycan dəmir yolu nəqliyyatının yaranmasından 143 il ötür. Azərbaycanda ilk dəmir yolu 1880-ci il yanvar ayının 20-də, uzunluğu 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolu istismara verilib. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanılıb. Amma çox keçməyib ki, eyni marşrutla sərnişin daşınmasına da start verilib. Bakıdan Sabunçuya 50-60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu. Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı-Sabunçu-Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verilib.
Bir sözlə, ilk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. Hazırda 176 stansiyası var.
143 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli, şanlı inkişaf yolu keçib.
Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli dövrü ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dönəminə təsadüf edir. Ulu Öndər ölkə dəmir yolunun ən müasir tələblər səviyyəsində olması üçün bu sahəyə xüsusi diqqət və qayğı göstəririb. O, bilirdi ki, hər bir ölkənin iqtisadi inkişafı onun nəqliyyat sektorunun inkişaf səviyyəsindən asılıdır. Təməli dahi Heydər Əliyev tərəfindən qoyulan dəmir yolu sahəsində islahatlar bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.
Xüsusilə vurğulamaq lazımdır ki, son 5 ildə Azərbaycan dəmir yolunun yenidən qurulması, müasir dünya standartlarına cavab verməsi üçün misli görünməmiş işlər həyata keçirilib. Bu dövrü Azərbaycan dəmir yolu sektorunun yeni inkişaf və intibah erası kimi də dəyərləndirmək olar.
Erməni işğalı dəmiryoluna zərər vurdu
Müstəqilliyimizin ilk illəri bütövlükdə respublika iqtisadiyyatı kimi, dəmir yolu üçün ağır sınaq dövrü olub. Qarabağ münaqişəsi bu sahədə vəziyyəti daha da ağırlaşdırıb.1990-cı illərin əvvəllərində Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Bakı-Naxçıvan qatarının fəaliyyəti dayandırılıb. Beləliklə, Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya düşüb.
O zamanlar erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və bir milyondan çox azərbaycanlının qaçqın düşməsi nəticəsində Azərbaycan Dövlət Dəmir Yoluna da ciddi ziyan dəyib. Belə ki, 240 km-dən çox dəmir yolu xətti o zamanlar işğal olunmuş ərazilərdə qalmışdı. Dəmir yolu təsərrüfatına 45-50 milyon ABŞ dolları zərər dəyib.
Dəmir yolunun yeni tarixi
2000-ci illərin əvvəllərində Azərbaycanda sosial-iqtisadi sabitliyin bərpa olunması və iqtisadi dirçəliş dövründə dəmir yolunda da yeniliklər başlanıb. Xüsusilə Azərbaycanın əlverişli coğrafi mövqeyi ona regional dəmir yolu xətlərinin qovşağına çevrilməyə imkan verib.
Qədim İpək Yolu marşrutu ilə keçən Şərq-Qərb, eləcə də şimal ölkələri ilə Yaxın Şərqi birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu layihələr arasında xüsusilə Bakı-Tiflis-Qars layihəsini qeyd etmək lazımdır. Azərbaycanla Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsi yaradan bu layihənin tikintisi 2017-ci ildə tamamlanıb və ilk olaraq yüklərin daşınmasına başlanılıb.
Məlumat üçün bildirək ki, dünyada dəmir yolunun tarixi ingilis mühəndisi Riçard Trevitikin 1804-cü ildə “Nyu Kastl” adlandırdığı lokomotivi hazırlamasıyla başlayıb. Buxar mühərrikli, maksimal sürəti 8 km/saat olan bu lokomotiv 70 nəfər sərnişinin əyləşdiyi 10 vaqonu dartıb apara bilirdi.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

