İlk zəng Azərbaycandan gəldi!
17.02.2023 [10:40]
74 şirkət və qurumun həmrəyliyi
SOCAR-dan 3.5 milyon TL-lik dəstək...
Yeganə BAYRAMOVA
Azərbaycan və Türkiyə dövlətləri kədərli, sevincli günlərdə həmişə bir-birinin yanında olub. Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin minlərlə insanın həyatına son qoymasını hər bir Azərbaycan vətəndaşı öz acısı, dərdi kimi qəbul etdi. Bütün Azərbaycan xalqı da qardaş ölkəyə dəstək üçün ayağa qalxdı. Xalqımız bu gün bir tikə çörəyini belə, Türkiyədə zəlzələdən əziyyət çəkənlərlə bölməyə hazırdır. Bakıda, daha sonra bütün rayonlarımızda əhali yardım kampaniyasına qoşuldu. Tonlarla isti geyim, məişət əşyaları, ərzaq məhsulları toplanaraq Türkiyəyə yola salındı. Bu kampaniya hələ də davam etməkdədir. Vətəndaşlarımız kampaniyaya öz arzuları ilə, bacı-qardaşlarına, doğmalarına yardım etmək üçün qoşuldular. Bu gün hansı vəzifədə, peşədə çalışmalarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı maddi cəhətdən Türkiyəyə dəstək olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, hökumət üzvləri, sadə türk vətəndaşları da qeyd edirlər ki, bu çətin, ağır günlərdə ilk yardım qardaş Azərbaycandan gəldi. Azərbaycan dövləti öz qardaşlıq missiyasını əsirgəyə bilməzdi. Bu yardımlar təmənnasız, qardaşın-qardaşa olan sevgi və ehtiramından irəli gəlir.
Bir çox yerli şirkətlər və qurumlar da qardaş ölkəyə yardımlarını əsirgəməyib. Türkiyəyə yardım edən Azərbaycanın müxtəlif şirkətləri və qurumlarının sayı hazırda 74-dür.
“Türkiyə, tək ürək”
İki gün öncə Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib. Canlı yayıma “SOCAR Türkiyə” Kommunikasiya və Dövlətlə Əlaqələr departamentinin rəhbəri Mikayıl Yusifov da qatılıb. O, “SOCAR Türkiyə”nin fəlakət bölgələrində gördüyü işlərdən danışmaqla yanaşı, zərərçəkənlərə 3,5 milyon TL, yəni 315 min 700 manat yardım etdiyini açıqlayıb. Yardım kampaniyası çərçivəsində yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl Ay” cəmiyyətinin hesabına köçürülüb.
SOCAR-Təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini də pulsuz benzin və dizellə təmin edir.
Qeyd edək ki, “Türkiyə, tək ürək” zəlzələdən xilasetmə kampaniyasına edilən ianələrin ümumi məbləği 115,1 milyard lirəyə, yəni, 6 milyard 106 milyon ABŞ dollarına çatıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

