GİKAD rəhbəri: Türk dövlətləri qadınlarının əməkdaşlığında maraqlıyıq
13.03.2023 [13:30]
XX əsrdə KKTC tarixin yeni bir mərhələsinə qədəm qoyur. Dost ölkə daha strateji, prioritet və qaynar hadisələrlə dünyanın diqqətini özünə çəkir. 1974-cü ildə başlanan Kipr hərəkatının nəticəsi olaraq iki il sonra Kipr Türk Dövləti yaranır. 1983-cü il noyabrın 15-də isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini bəyan edir. Bu gün Şimali Kipr Türk Respublikası dünyanın bir çox dövləti ilə münasibətlər qurmaqdadır. Ötən illər ərzində KKTC-nin dünyanın bir çox dövlətlərində təmsilçiliyi açılıb. Bundan başqa Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının tam hüquqlu üzvlərindən biridir. 4 ay öncə Özbəkistanda keçirilənTürk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə KKTC təşkilata müşahidəçi üzv kimi qəbul edildi.
GİKAD (Kıprıs Türk Girişimçi Kadınlar Dərnəyi) rəhbəri İçim Çağıner Kavuklu açıqlamasında bidirib ki, bu Şimali Kipr üçün yeni tarixi bir mərhələdir. Tarixin bu mərhələsində Türk Dövlətlərinin qadın birliyi son dərəcə aktualdr və KKTC qadınları bu birliklə sıx təmasların yaradılmasında maraqlıdır: "Ötən illər ərzində KKTC bir çox nailiyyətlər əldə etmiş, iqtisadiyyatımız xüsusilə 2000-2010-cu illərdə sürətlə böyüməyə başlamış, mədəniyyət, təhsil, turizm və xidmət sektorunda ciddi inkişaf əldə edilmişdir. İqtisadi göstəricilərlə yanaşı, qadınların da uğurlarını qeyd etməliyəm ki, bu gün qadınlar ölkənin müxtəlif sahələrində ciddi rol oynayırlar. Türk dünyası qadınının tarixi, keçdiyi yol şərəflidir. Keçmişdən indiyə qədər bu tarixə nəzər salanda, yalnız qürurlanırıq. Eyni çalışqanlılıq, qəhrəmanlıq, sadiqlik, mərhəmətlilik bu gün də türk qadının genetik yaddaşındadır. Bu baxımdan Türk Dövlətləri qadınlarının əməkdaşlığının daha da genişlənməsi bütün toplumlara həm mənəvi, həm iqtisadi töhfə verə bilər. Əlbəttə, KKTC-nin sahibkar qadınları, vətəndaş cəmiyyətinin bir parçası olan bizlər də bu əlaqələrin qurulması və sürətlə irəliləməsində maraqlıyıq, bu istiqamətdə çalışırıq".
Həmçinin Azərbaycanla da Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə mövcud əlaqələrdən danışan İçim Kavuklu, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın ilbəil genişlənməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, yenilənən dünyamızda qadınların əməkdaşlığına, birliyinə ciddi ehtiyac duyulur. Bu baxımdan azərbaycanlı iş qadınları, QHT sektoru ilə əlaqələrin qurulması ümidvericidir.
GİKAD başqanı ölkəsinin əsrarəngiz Girnə bölgəsinə diqqət çəkərək, Şimali Kiprin başlıca turizm məkanı olan Girnəyə səfər edən hər kəsin bu səyahətdən zövq aldığını da vurğulayıb: "Geniş turizm imkanlarımız KKTC-yə olan marağı daha da artırır. Girnə bölgəsi Şimali Kiprin başlıca turizm mərkəzlərindən biridir, çoxlu sayda otellər hər il saysız-hesabsız turistləri qəbul edir. Bu arada statistikaya görə KKTC-də fəaliyyətdə olan yüzlərlə otel il ərzində milyonlarla turistə xidmət göstərir. Onu da qeyd etmək lazımdır ki, KKTC həm də təhsili, universitetləri ilə ölkəyə nüfuz gətirir: “Universitetlərimizin diplomları bütün dünyada tanınır, qəbul edilir. Bu gün Avropadan tutmuş Afrikaya qədər əksər ölkələrdən olan gənclər Şimali Kipr Türk Cümhuriyyətinə elm ardınca, ali təhsil almağa gəlirlər. Bu fakt KKTC ali təhsil məktəblərinin yüksək inkişafından və müxtəlif ölkələrin bu elm ocaqlarına marağından xəbər verir. Ölkə Doğu Akdeniz Üniversitesi, Üluslararası Kıbrıs Universitesi, Uluslararası Final Üniversitesi, qabaqcıl təhsil müəssisələri ilə dünyaya tanınır. Yeri gəlmişkən, Azərbaycandan KKTC -yə təhsil almağa gedən gənclərin sayı ilbəil artmaqdadır. Bu faktor gələcəkdə də ölkələrimiz arasında əlaqələrin davamlı inkişafına əsas verir."
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

