Qarabağ və Şərqi Zəngəzurda 3 gün...
12.05.2023 [10:55]
İsveçli səyyahlar torpaqlarımızda
Yeganə BAYRAMOVA
Dünya tarixinə adını qızıl hərflərlə yazmış Azərbaycan əsgərlərinin qəhrəmanlığı sayəsində 30 il sonra qovuşduğumuz Qarabağ torpaqları... Üstündən iki ildən çox keçməsinə baxmayaraq, Zəfərimiz hələ də dünya gündəmində mühüm yer tutur.
Vətən müharibəsində qazanılmış qələbədən sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaracağıq: “Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Elə belə də oldu... Qarabağın hava qapısı adlandırılan Füzuli və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, “ağıllı kənd”lərin salınması gözəl günlərin uzaqda olmadığını göstərir.
Qısa müddət keçsə də, Azərbaycanın bu qədər böyük irəliləyiş göstərməsi dünya mediasının gözündən qaçmır. Dost ölkələrin və rəsmi dövlət qurumlarının nümayəndələrinin mütəmadi şəkildə işğaldan azad edilmiş bölgələrə səyahəti hələ də davam edir.
Dünəndən etibarən İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri baş tutub. Qrupa “Club 100”- ün İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. Bu nüfuzlu regional klub yalnız Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır. Səfərə Füzuli rayonundan start verilib. Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Ağdam-Tərtər Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) rayonlarına səfər etmələri planlaşdırılıb.
Səfər iştirakçılarına Ermənistanın işğal dövründə törətdiyi dağıntıları öz gözləri ilə görmək üçün şərait yaradılıb. Vətən müharibəsindən sonra azad olunan torpaqlarda Azərbaycan dövlətinin apardığı yenidənqurma və bərpa işləri barədə məlumat verilib. Dünya səyyahlarının Füzulidə minalı ərazilərdə aparılan minatəmizləmə prosesini izləmələri də baş tutub.
İsveçli səyyahlar Füzulidən sonra Xocavənd rayonunda yerləşən ən qədim insan məskənlərindən olan Azıx mağarasında olublar. Nümayəndə heyəti Azıx mağarasını ziyarət etdikdən sonra Füzuli rayonunun Horadiz kəndinə baş çəkib. ANAMA-nın əməkdaşları nümayəndə heyətinə minatəmizləmə əməliyyatları barədə məlumat verib. Bildirilib ki, Horadiz kəndində 55422 kv.m ərazi mina ilə çirklənmiş hesab olunur. Son 39 gündə burada 3722 kv.m ərazi əl ilə, 17800 kv.m ərazi isə mexaniki üsulla minalardan təmizlənib. 22705 kv.m ərazinin isə təlim keçmiş minaaxtaran itlər hesabına təmizləndiyi bildirilib. Təmizləmə zamanı Ermənistan istehsalı olan 55 ədəd piyada əleyhinə mina, 210 ədəd tank əlehinə mina, 2 ədəd isə partlamamış sursat aşkarlanıb.
Azərbaycan minaaxtaranlarına Nobel verilməlidir
İsveçdən olan beynəlxalq səyahətçi Stig Lindgren səfər barədə təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində gördüklərindən çox təsirlənib: “Mina təmizləyənlərin, ANAMA əməkdaşlarının özlərini risk altına atması, doğrudan da, təsiredici bir məqamdır”.
S.Lindgren Azərbaycan minaaxtaranlarının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib: “Gördüklərimə əsasən, istəyərdim ki, ANAMA əməkdaşlarına da Nobel sülh mükafatı verilsin. Çünki görülən iş çox əhəmiyyətlidir. Üstəlik, burada gördüklərimdən çox təəssüf hissi keçirirəm. Bu torpaqlara barış arzu edirəm. Çox təəssüf ki, hadisələrdən sadə insanlar əziyyət çəkir. Dualarım həmişə buradakı vətəndaşlar üçün olacaq. Çalışacağıq ki, gördüklərimizi dünya ictimaiyyətinə çatdıraq. Ərazi çox böyükdür, bura dəstək lazımdır”.
Minaları basdıranlar məsuliyyət daşımalıdır
Digər beynəlxalq səyahətçi Asa Lindgren Xocavəndin, Azıx mağarası olan ərazinin gözəl görüntüsü olduğunu söyləyib: “Mən mağaralardan qorxuram. Ona görə də Azıx mağarasının içinə keçmədim, amma ümumi görüntü, təbiət çox gözəldir”.
Səyahətçi azad edilmiş ərazilərdə olan mina təhlükəsi barədə fikirlərini bölüşərək qeyd edib: “Mina təhlükəsi çox dəhşətlidir və faciəlidir, çünki insanlar xəsarət alır, həyatını itirir”.
İsveçli səyyah bu təhlükəyə görə minaları basdıranların məsuliyyət daşımalı olduqlarını qeyd edib. A.Lindgren Azərbaycana, ümumiyyətlə, dünyanın mina təhlükəsi olan digər yerlərinə minatəmizləmə əməliyyatlarına görə yardım edilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxElm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19

