Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Seçkilərin ikinci mərhələsi nə vəd edir?

Seçkilərin ikinci mərhələsi nə vəd edir?

24.05.2023 [11:30]

Həlledici mərhələyə doğru...

Türkiyə xalqı birinci mərhələdəki seçimi təsdiqləyəcək

Türkiyənin son 20 ildə həyata keçirdiyi siyasətin davam etməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyənin həmin siyasəti davam etdirməsi, qardaş ölkənin gələcəkdə də indiki kimi xarici güclərin qarşısında dik dayanması, qətiyyətli mövqe sərgiləməsi, Türk dünyasının sabahının da aydın olması üçün mayın 28-də Türkiyəli bacı-qardaşlarımızn növbəti seçimi mühüm rol oynayacaq...

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Musa Qasımlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qardaş Türkiyədə keçirilən prezident seçkiləri bu ölkənin daxili işidir: “Kimi seçib, kimi seçməyəcəyi müstəsna suveren hüququqdur. Bununla belə, Türk dünyasının öndə gedən dövləti olan Türkiyədə keçirilən seçkilərin nəticələri bütün türk dünyasında , o cümlədən Azərbaycanda da diqqətlə izlənilir. Belə marağın olması səbəbsiz deyil. Bizim hər birimiz qardaş Türkiyənin irəli getməsində, sabitliyində, inkişafında maraqlı olmuşuq. Türkiyənin son 20 ildə keçdiyi yol böyük bir mərhələ kimi qiymətləndirilə bilər. Bu illər ərzində Türkiyə G20-lər cərgəsinə daxil olub. Bir vaxtlar müdafiə sənayesi üçün xaricdən silah-sursat, texnika almağa möhtac olan Türkiyə bu gün dünyaya silah satır. Dünyanın nüfuzlu dövlətlərindən biridir. Heç şübhəsiz, bütün bu uğurların bəlli bir səbəbi var, o da idarəçilik və liderlik qabiliyyəti ilə bağlıdır. Birinci mərhələdə Ərdoğanın ilk yerdə olması o deməkdir ki, Türkiyə xalqı ikinci mərhələdə də ilk seçimini təsdiqləyəcək. Və bu həlledici mərhələyə doğru gedişdən xəbər verir”.

Millət vəkili qeyd edib ki, Türkiyənin ən böyük uğurlarından biri 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişindən sonra ilk dəfə yenidən Qafqaza dönüşüdür: “Birgə monitorinq mərkəzində türk hərbçilərinin olması böyük uğur hesab edilə bilər. Türk dünyasının qazandığı uğurlar da, Türk Dövlətləri Təşkilatının yaradılması da vacib məsələlərdən biridir. Ona görə də biz Türkiyənin sabit, davamlı inkişafında və güclü olmasında maraqlıyıq. Türkiyənin ən böyük uğurlarından biri terroru çökdürməsi və təhlükəsizliyini ölkə sərhədlərindən kənarda təmin etməsidir. İnanıram ki, türk xalqı bir daha düzgün seçim edərək sabit və davamlı inkişafa səs verəcək”.

Günel ABBAS

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31