İsveç “irəli” addım atacaqmı?
09.06.2023 [11:13]
Şahanə XANKİŞİYEVA
Osloda keçirilən NATO xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair paylaşımında İsveçin xarici işlər naziri Tobias Billström bildirmişdi ki, bu iclas İsveçin NATO-ya üzvlüyü məsələsində Tükiyə və Macarıstana qarşı güclü mesajdır. Yəni, İsveç Vilnüs Sammitinə qədər üzvlük məsələsinin həllində israrlıdır - Türkiyə isə mövqeyində qətidir. Türkiyəni Oslo toplantısında təmsil etmiş keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçi NATO üzvlüyünə dair Madriddə imzalanmış üçtərəfli memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirməyə və terrorizmlə mübarizədə konkret addımlar atmağa çağırmışdı.
Bu məsələ NATO-nun Baş katibi Yens Stoltenberqin iyunun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın prezidentlik səlahiyyətlərinin icrasına başlaması ilə bağlı mərasimə qatılmaq üçün Türkiyəyə etdiyi səfəri zamanı da gündəmə gəldi. Səfər zamanı Prezident Ərdoğanla görüşən baş katib Türkiyənin haqlı narahatlıqlarının fərqində olduğunu dilə gətirmişdi. Onun fikrincə, İsveçdə aksiyalar təşkil edənlər bu ölkənin Türkiyə ilə antiterror sahəsində əməkdaşlığına mane olmaq istəyirlər. Baş katib xatırlatmışdı ki, İsveç Türkiyənin narahatlığını aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən konkret addımlar atıb. Stoltenberqin fikrincə, həmin addımlara isə İsveç konstitusiyasına düzəlişlər, silah embarqosuna son qoymaq, PKK da daxil olmaqla, terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi daxildir.
İsveçlə bağlı yayılan yeni informasiyalar isə Stokholmun NATO üzvü olmaq üçün “qəti addımlar” atdığını göstərir - amma hələlik bu addımlar olduqca “astadır”. Belə ki, İsveç PKK tərəfdarlarından birini Türkiyəyə ekstradisiyasına qərar verib. İsveç Ali Məhkəməsi PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib. Məhkəmədən sonra isə İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir. Ekstradisiya ediləcək şəxs isə 2022-ci ilin avqustunda İsveçdə həbs edilmiş 35 yaşlı kişidir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun sorğusu əsasında həyata keçirilib.
Göründüyü kimi, İsveç Ali Məhkəməsinin bu qərarı NATO-nun Vilnüs sammiti öncəsi verilib. Bəzi ekspertlər, bu addımı natamam kimi dəyərləndirirlər. O baxımdan ki, İsveçin bu yolla gözdən pərdə asmağa çalışdığı bildirilir. Başqa sözlə, rəsmi Stokholm bu kimi epizodik addımlarla Türkiyənin razılığını əldə etməyə çalışır. Amma buna nə qədər nail olacağını zaman göstərəcək. Hər bir halda Türkiyənin məqsədi İsveçin Madrid Memorandumuna tam riayət etməsinə nail olmaqdır...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

