Əli Kərimlinin pul tələsinin növbəti qurbanı...
13.06.2023 [10:20]
Və ya Tofiq Yaqublunun “zorən ekspertliyi”...
Uzun illərdir ki, düşüncə tərzində, hətta adi məsələlərə yanaşmalarında belə dəyişiklik edə bilməyən radikal müxalifət yenə də öz ampluasındadır. Dövlət maraqlarımıza, Qarabağ zəfərimizə düşmən kəsilən qüvvələrin təhriki və şirnikləndirməsi ilə siyasi sabitliyin pozulmasına yönəlik iddalar səsləndirən və bu yolla “önə çıxmağ”ı planlaşdıran radikal azlığın məqsədi və məramı bəllidir. Danışdığı yalanların qarşılığında aldığı ianələrin kəsilməməsi üçün dəridən qabıqdan çıxan bu qruplaşma həm də qorxu içindədir. Bu qorxunun, xofun təsiridir ki, Əli Kərimli və başçılıq etdiyi dəstə hər kəsə şər atır, böhtan danışır, yalanları ard-arda düzməyə çalışır. Özünü “müxalifət” adlandıran bu kəsimin əməlləri isə müxalifətçilikdən çox uzaqdır. Əslində isə demokratiyanın göstəricilərindən biri sayılan fərqli düşüncə - müxalifətçilik hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə konseptual müstəvidə yanaşma nümayiş etdirmək, eləcə də fərqli məsələlərlə bağlı konsepsiya irəli sürməkdir. Azərbaycanın radikal müxalifət düşərgəsinə mənsub olanların məqsədləri isə əsl müxalifətçilikdən çox uzaqdır. Bu qüvvələrin əsas məqsədi yalnız xarici maraqların təminatına, xəyanətə və satqınlığa yönəlib.
Bunun qarşılığında alınan pulların AXCP (bəzən qrant layihlərində Milli şura kimi də təqdim olunur) çərçivəsindən kənara getməməsi, yalnız bir “cib”ə toplamaq üçün isə hər şeyə hazırdırlar- hətta qınaq, lağ obyektinə çevrilməyə belə. Pulu bölməmək üçün kimi gəldi “ekspert” edən, kimə gəldi “siyasətçi” deyənlər deyəsən dalana dirəniblər. Onsuz da internet televiziyaları bu şəxslərin əsl simasını, siyasi savadını, kimliyini, niyyətini, bir sözlə “qabındakını” hər kəsə nümayiş etdirmişdi. Qlobal pandemiya dövründə Milli şuranın iclasları hər kəsin yadındadır - orada nələrdən danışılmırdı. Gültəkin Hacıyeva, Cəmil Həsənli və digərləri ev heyvanlarından tutmuş digər məsələlərə qədər mükalimə edirdilər. Yəni, onların biabırçı ritorikaları, danışıqları dəfələrlə faktlarla sübut edilmişdi. Bu isə onların əksəriyyətinin “zorən siyasətçi” olduqları fikrini bir daha təsdiqləyirdi.
Son günlərdə isə radikal müxalifətin internet kanallarında daha bir “ulduz” peyda olub - bu, vaxtilə AXCP-nin qanunsuz aksiyalarının əsas “qəhrəmanlarından” sayılan Tofiq Yaqubludur. T.Yaqublunun siyasi kimliyi barədə hətta özünün “düşərgədaşları” belə çaş-baş qalıblar. Müsavat Partiyasının üzvü olan bu şəxsin Əli Kərimli üçün niyə bu qədər “vazkeçilməz” olması hətta “Müsavat”ı da düşüncəyə qərq edib. Hər kəs Ə.Kərimlinin T.Yaqubluda “nə tapdığını” axtarır...
T.Yaqublu illərlə qeyri-qanuni aksiyalarda “qol-qola” girməyin bariz nümunələrindən sayılıb. Onun fotoaparat və ya videokamera görən kimi səsini başına atması, haray-qışqırıq salması, videokamera yoxa çıxan kimi ortadan “buxarlanması” heç kimə sirr deyil. Adam illərlə mitinqlərdə özünü yerə sürtməklə, paltar cırmaqla, saç yolmaqla qrant almağa yardım göstərib. Amma bir dəfə də olsun normal şəkildə “etirazını” ifadə etməyib - çünki onun “siyasi hazırlığı” məhz haray-həşirə kodlaşdırılıb: Tofiq Yaqublu ancaq və ancaq hay-həşirlə, qara-qışqırıqla assosiasiya edilir.
Amma bu dəfə radikal müxalifət onu “fərqli imicdə” təqdim etməyə çalışıb - nəzarətlərindəki internet kanallarına “siyasi ekspert” düzüb-qoşublar. Bu amil onların necə çıxılmaz vəziyyətdə olmalarını bir daha ortaya çıxarır. Hay-harayçıdan “siyasi ekspert” düzəltmək və onun “təhlillərinə” möhtac qalmaq radikal müxalifətin bitkinliyinin əsl sübutudur. Yaqublunun “zorən ekspertliyi” isə başdan-ayağa lətifədir. Əli Kərimlinin “pul tələsi”nin növbəti qurbanı kimi ekrana “sürüklənən” Yaqublunun ekspertliyi də siyasi mənsubiyyəti kimi qeyri-müəmmalıdır...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31

