Yeni ödəniş üsulu...
21.06.2023 [10:55]
Hələlik “QR” kod, bir müddət sonra bank kartları ilə...
Digital dünya ilə fiziki dünyanı bir-birinə bağlayan yeni marketinq vasitəsilərindən biri də QR koddur. QR kodları gün keçdikcə daha çox şaxələndiyi üçün markaların daha çox potensial müştəriyə çatmaq üçün istifadə etdiyi marketinq strategiyalarından birinə çevrilməkdədir. QR kodları bir neçə ildir, həyatımıza daxil olmağa başlayan vasitədir. Bu üsulla artıq dünyada bir çox tətbiqlər yaradılır. QR kodlar həm informasiya daşıyıcısı, həm də işlərimizi asanlaşdıran elektron vasitə kimi istifadə olunmaqdadır.
Dünyada artıq bir çox sahələrdə QR koddan davamlı istifadə olunur - hətta bəzi ölkələrdə ictimai nəqliyyatda belə bu vasitə “kara gəlir”. Təbii ki, ictimai nəqliyyat insanların daha çox istifadə etdiyi vasitələrdən biridir və bu mənada texnoloji vasitələrin ictimai nəqliyyat sahəsinə də tətbiqi vacib məqamlardandır. Yeri gəlmişkən, QR koddan ictimai nəqliyyatda istifadə bir müddətdir artıq ölkəmizin də gündəmindədir.
Belə ki, yaxın bir həftə ərzində metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək mümkün olacaq. “K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bununla bağlı açıqlama verib. Bildirilib ki, digər metrostansiyalarında da texniki işləri (köhnə avadanlıqlar QR oxuyucularla əvəzləmək) yay boyunca yekunlaşdırmağı planlaşdırılır ki, qarşıdan gələn sentyabr, iş və təhsil dövrünə tam hazır olsun. Qeyd edək ki, metrostansiyalarda QR kod vasitəsilə ödəniş “BakıKart”ın yeni tətbiqi vasitəsilə mümkün olacaq.
Məsələ insanlar üçün nə qədər əlverişli olsa da, bəziləri bu tətbiqdən istifadənin çətinlik yaradacağını düşünür. Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən tətbiqdən istifadə ilə bağlı videoçarx da hazırlanıb: “Yaxın zamanda əhali arasında sosial şəbəkələr vasitəsilə paylaşılacaq. QR kod yenilikdir, ancaq çətin bir məsələ deyil. Çünki sistemə daxil olan kimi, avtomatik pəncərə açılır. Orada QR bilet əldə etməklə bağlı bir düymə ilə məsələ həll olunur. Burada qəliz bir məqam yoxdur. Bu gün dünya inkişaf edir, dünyanın bir parçası olduğumuz üçün biz də bu yeniliklərə qoşuluruq. Bu gün üçün kimlərsə tətbiqdən tam istifadədə çətinlik yaşaya bilər. Bunu aidiyyəti qurum özü də etiraf edir ki, ilkin mərhələdə müəyyən problemlər yarana bilər. Belə olduğu halda 141 qaynar xəttinə müraciət etmək lazımdır. Müraciət əsasında lazım olan köməklik göstəriləcək, qurumlar məsələ ilə məşğul olacaqlar. İstənilən halda yeniliklər hər zaman birmənalı qarşılanmır və problemlər ortaya çıxır. Bunları da təbii ki, sivil yolla həll etmək lazımdır. İstifadədə çətinlik yaşayanlara bunu ən sadə formada, yaxşı variantda izah etmək lazımdır. Dövlət təşəbbüs göstərib sistem yaradırsa, deməli boş-boşuna qalmamalıdır. Ancaq yenə də vurğulamaq istərdim ki, elə də qəliz bir sistem deyil. Necə ki, insanların çox hissəsi plastik kartlarla öz işlərini həyata keçirir. Mobil tətbiqlər vasitəsilə hətta kommunal xərcləri də ödəyirlər. Bu da zamanla digər vasitələr kimi sadə formaya çevriləcək”.
Qeyd edək ki, artıq sosial mediada bank kartları vasitəsilə ictimai nəqliyyatda ödənişin mümkün olacağı ilə bağlı da fikirlər səslənir. Təbii ki, bu məsələ də rahatlıq yaratdığı üçün insanların diqqətini cəlb edib. Bu məsələ ilə bağlı da fikirlərini bölüşən E.Muradlı bildirib ki, xidmətlər arasında bank kartları ilə nəqliyyatda ödənişin də mümkünlüyü yer alır: “Ancaq hələ ki, bu sistem aktiv formada deyil. Bunlarla yanaşı, bir çox imkanların yaradılması nəzərdə tutulur. Proses davam edəcək və sözügedən məqamların icrası ilə yekunlaşmayacaq”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxAnalitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31

