Erməni separatçılarının növbəti təxribatı...
15.07.2023 [11:17]
Təxribatlar antiterror əməliyyatını aktuallaşdıra bilər
NARDAR
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında mövcud olan erməni separatçıları növbəti təxribata əl atıblar. Onlar dünəndən etibarən Xankəndidə hansısa “hərəkata” başladıqlarını deyiblər. Bunun ardınca isə Xankəndinin mərkəzi meydanında aksiya keçirilib. Erməni mediasının məlumatına görə, aksiya iştirakçılarına qondarma “dövlət naziri” Qurgen Nersisyan başçılıq edir. Aksiyaya separatçıların rəhbəri Arayik Arutyunyan da qoşulub.
Qarabağda əsas təxribatçılardan biri olan, erməni milyarder Ruben Vardanyan da yeni yaradılan “hərəkatı” dəstəklədiyini deyib. O, “Facebook” səhifəsində videomüraciət yayaraq, hər kəsi “döyüşməyə” çağırıb: “Sabah sözümü deyəcəyəm və bunun imitasiya deyil, əsl döyüş olması üçün hər şeyi edəcəyik. Gələcəyimizin öz əlimizdə olduğunu başa düşmək üçün hər şeyi edəcəyik və bu çətin yolu keçəcəyimizə əminəm. Amma bunun üçün dürüst olmalıyıq”.
Separatçılar bildiriblər ki, yeni yaradılan “hərəkat”ın məqsədi “Laçın dəhlizi”nin açılmasına nail olmaqdır. Qarabağ separatçılarının təşkil etdiyi aksiyada iştirak edənlər əvvəlcə Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinə yürüş ediblər. Onlar komitənin ofisinə məktub təqdim etdikdən sonra, Xocalı şəhəri yaxınlığında yerləşən Rusiya sülhməramlı qüvvələrinin mərkəzi qərargahına da yürüş etməyi qərarlaşdırıblar.
Əslində, separatçıların bu addımı sonuncu çabalama cəhdindən başqa bir şey deyil. Onlar bununla guya dünyaya “blokada”da olduqlarını “göstərmək” istəyirlər. Lakin anlamaq istəmirlər ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Orada yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Rəsmi Bakı bəyan edib ki, Qarabağın erməni sakinləri Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdır, onlar bütün vətəndaşlarımız kimi eyni hüquqlara sahib olacaqlar. Eyni zamanda, dövlətimiz erməni sakinlərin hüquq və təhlükəsizliyinə tam təminat verir. Əks təqdirdə, Azərbaycanın daxilində heç bir separatçı və terrorçu hərəkata imkan verilməyəcək.
Nəzərə alsaq ki, erməni milyarder R.Vardanyan əhalini “döyüşməyə” çağırır, burada ermənilərin hərbi təxribatı da istisna deyil. Məlumdur ki, separatçıların hərbi təxribatları xeyli müddətdir davam edir, onlar ordumuzun mövqelərini davamlı olaraq atəşə tuturlar. Digər bir vacib məqam ondan ibarətdir ki, separatçıların bu addımı liderlərin növbəti Brüssel görüşü ərəfəsində təşkil olunub. Bu təxribatın müəyyən xarici qüvvələr tərəfindən təşkil olunması istisna deyil. Separatçılar çalışır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına etirazlarını bildirsinlər. Onlar arzulayırlar ki, Paşinyan Brüsseldə qondarma “Xankəndi-Bakı” formatının və “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxlq mexanizmin” yaradılması iddiasında yenidən gündəmə gətirsin - amma bu, mümkün deyil, belə mexanizm müzakirə predmeti belə deyil. Eləcə də, Laçın yolu ilə bağlı yalanlarını gündəmdə saxlamağa çalışsalar da, bu, mümkün olmur. Bu kimi ucuz “təzyiqlər” artıq işə yaramır. Ermənistan və Qarabağ ermənilərinin
1988-ci il hadisələrini təkrarlamaq cəhdləri əbəsdir. Çünki onlar 35 il öncə etdiklərini təkrarlaya bilməyəcək. İndi nə o dövrdür, nə də Azərbaycan əvvəlki deyil. 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan humanizm nümayiş etdirərək Qarabağın erməni əhalisinin dinc yolla cəmiyyətimizə inteqrasiya olunmasına üstünlük verir. Əgər baş verənlərdən nəticə çıxarılmasa, Qarabağdakı erməni separatçılarının zərərsizləşdirilməsi üçün növbəti anteterror əməliyyatlarının keçirilməsi istisna deyil.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

