Ermənistan öhdəliklərə əməl etmir
19.07.2023 [10:22]
Günel ABBAS
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur.
“Sağlamlığa Xidmət” İctimai Birliyi Pərvanə Vəliyeva yeniazerbaycan.com-a bildirib ki, əsas tələblərdən biri Ermənistanda baş verən ekoloji məsələlərin bu ölkənin ictimaiyyətinə doğru, şəffaf çatdırılmasıdır: “Düşünürük ki, Ermənistan əhalisi ölkəsinin necə bir ekoloji fəlakətin astanasına gətirilməsini dərk etmək imkanlarına malik olmalıdır. Müraciətimizdə sadalanan faktlardan da məlum olduğu kimi, Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqazı ciddi ekoloji fəlakətlə üz-üzə qoyub. Biz Ermənistan baş nazirini məsuliyyətini dərk etməyə, Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərini ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərin, Azərbaycanın bu sferadakı vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmağa, yerində baxış, qiymətləndirmə və monitorinq, müvafiq nümunələr götürülməsi, ölçmə işlərinin aparılması üçün hər cür şərait yaradılmasına çağırırıq”.
P.Vəliyeva bildirib ki, BMT-in Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir: “Ermənistanda dağ-mədən sənayesi ekoloji norma və standartların əksəriyyətini, habelə BMT Konvensiyalarını pozur. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası - 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası ümumi su obyektlərin, beynəlxalq göllərin mühafizəsi və istifadəsinə yönəlib. Konvensiya qəbul edir ki, insan fəaliyyəti nəticəsində transsərhəd sularda baş verən dəyişikliklər ətraf mühitə hər hansı əhəmiyyətli mənfi təsir etdiyi zaman tərəflər danışıqlar aparmalıdır. Bununla belə, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla, bu Konvensiyanın qaydalarını və prinsiplərini pozur.
BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasının tərkib hissəsi olan “Su və sağlamlıq haqqında” protokol su ekosistemlərinin qorunmasına, su ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına, onlara nəzarət edilməsinə və təsirlərin azaldılmasına xüsusi diqqət yetirir. Konvensiyanın məqsədlərinə nail olmaq üçün protokolda iştirak edən tərəflər içməli suyun keyfiyyəti, axıdılma keyfiyyəti, su təchizatı və tullantı sularının təmizlənməsi sistemlərinin səmərəliliyi üçün milli və yerli hədəfləri müəyyən etməlidir. Protokolu imzalayan tərəf kimi Ermənistan transsərhəd su axarlarına və göllərə ziyan vuran mədən əməliyyatları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

