Bakıda milli mətbuatımızın 148 illiyinə həsr olunmuş konfrans keçirilir YENİLƏNİB
20.07.2023 [12:18]
İyulun 20-də Bakıda Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan konfrans Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndər Heydər Əliyevin mediaya diqqət və qayğısından danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin sovet vaxtı həyata keçirdiyi işlər məhz müstəqillik yolunda atılmış addımlar idi. Müstəqillik dövründə Ümummilli Liderin mətbuata verdiyi önəmin şahidi olduq. Həmin dövrdə 100 ildən artıq mövcud olan senzura ləğv edildi, mətbuat üçün yeni şərait yaradıldı. Mətbuatın özünü tənzimləməsi istiqamətində qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər, həmçinin mətbuat nümayəndələri ilə mütəmadi görüşlər keçirirdi.
Rəşad Məcid qeyd edib ki, Ümummilli Liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaranması, "Media haqqında" yeni Qanunun qəbulu dövlətimizin başçısının bu sahəyə verdiyi qiymətin təzahürüdür.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli diqqətə çatdırıb ki, Zəfərlə başa çatan Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə media sahəsində islahatların dərinləşməsi prosesi başladı. Bu islahatlar medianın inkişafının dövlətimiz üçün önəminin göstəricisi idi.
O bildirib ki, "Media haqqında" Qanunun və aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi. Bu islahatlarla Azərbaycan mətbuatında vergi tətilləri tətbiq edildi, media reyestri yaradıldı. Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq.
Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd edib ki, XIX əsrdə “Əkinçi” qəzetinin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı XXI əsrdə də öz missiyasını uğurla davam etdirir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb. Mediamızın bu dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən İsmət Səttarov deyib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mediaya doğma münasibət sərgiləyir. Dövlətimizin başçısının diqqəti nəticəsində mediaya sistemli dəstək göstərilir.
Konfrans işini Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın moderatorluğu ilə keçirilən “Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusunda panel iclasla davam etdirib. Panel iclasda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı “Milli mənlik şüurumuzun oyanışı və müstəqil dövlət quruculuğunda medianın rolu", “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov "Ulu Öndər Heydər Əliyevin media islahatları: qanunvericilik və plüralizm", Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova "Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyinin vacib elementi kimi", Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli "Jurnalist peşəkarlığında xarici standartlar: beynəlxalq media qurumları ilə təmaslar və təcrübə mübadiləsi" mövzularında çıxışlar ediblər.
Konfrans işini "Mediada müasir transformasiya, informasiyalı cəmiyyət amili və ictimai maraqlar" adlı panel iclası ilə davam etdirir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

