Natiqliyin absurd tərəfi
21.07.2023 [10:10]
“Qırmızı yalan”lar...
Bu günlərdə REAL Partiyasının rəhbərliyində təmsil olunan Natiq Cəfərlinin Prime TV-nin efirindən səsləndirdiyi absur fikirlərin ən obyektiv qiymətləndirməsi yalanın ən yüksək şkalası sayılan “qırmızı yalan” səviyyəsidir. Oturduğu “masanın” rənginə uyğun fikirlər səsələndirən Natiq Cəfərlinin kininin və qərəzinin mənbəyi bəllidir - təmsil olunduğu adı REAL, özü isə qeyri-real partiya “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə cavab vermir. Qırmızı masaya yayxanaraq qırmızı yalanlar “istehsal edən” Natiq Cəfərli REAL-ın üzv sayı ilə bağlı yeni qanunun tələblərinə cavab verə bilməməsini bu hirs-hikkə ilə ört-basdır etməyə çalışır. Amma elə buradaca onun yalanlarının rəngi get-gedə tündləşir...
Natiq Cəfərli nəyə və niyə “təəccüblənir?
Natiq Cəfərli REAL-ın niyə beş min üzvünün olmaması reallığını qeyri-real iddialarla pərdələmək istəyir. Hətta siyasi etika qaydalarına belə riayət etmədən başqa bir siyasi təşkilatın - 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının qeydiyyata alınmasını nə qədər təccüblü də olsa, “təəccüblə” qarşılayır. YAP bəlkə də Azərbaycanda üzvlərinin sayına görə ən real rəqəmlərə malik tək partiyadır. Natiq Cəfərli isə YAP-ın qeydiyyatına “təəccüblənməklə” yumşaq şəkildə desək, reallıqlardan uzaq olduğunu növbəti dəfə nümayiş etdirir - 800 minə yaxın üzvü olan partiya qeydiyyata alınmamalıdırmı?
Ümumiyyətlə, qanunun qəbulu, o cümlədən siyasi münasibətlərdə hazırki mərhələ yeni siyasi konfiqurasiyaya, yeni siyasi reallıqlara əsaslanır. Tam şəffaf bir proses gedir. Siyasi partiyaların yenidən qeydiyyata alınmaları qanunvericiliyin şərtlərinə uyğun aparılır. Yeni Azərbaycan Partiyasının qeydiyyata alınması da prosedur qaydaları gözlənilməklə baş tutub. Hətta yeni yarandığı dövrlərdə, müxalifətdə olduğu müddətdə belə YAP sosial baza problemi ilə üzləşməyib. Partiya yaranmasından qısa müddət sonra iqtidara gəlib. Sonrakı illərdə keçirilən bütün seçkilərdə açıq fərqlə qələbə qazanıb. Natiq Cəfərlini “təəccübə salan” nədir?
“Qırmızı masal”lar...
Qırmızı masaya söykənərək eynirəngli yalanlar danışan Natiq Cəfərli YAP-ın hakim partiya olmasına da şübhə ilə yanaşır - Onun fikrincə, hakim partiyanın “fraksiyası”, “nazirləri” olur, hakim partiya “fraksiya” vasitəsi ilə qanun layihələri təqdim edir və s.
Birincisi, Natiq Cəfərlinin “hakim partiya” anlayışlarına bu dərəcədə yanlış prizmadan münasibət bildirməsi heç bir izaha sığmır - ona bir daha xatırlatmaq yerinə düşər ki, Yeni Azərbaycan Partiyası iştirak etdiyi bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə rəqiblərini arxada qoyub. Natiq Cəfərlinin efirdən hansı məntiqləsə “YAP-ın nazirləri yoxdur” anlamında fikirlər səsləndirməsi qeyri - realdır - əgər o, efirə çıxmazdan öncə bəzi hökumət üzvlərinin partiya mənsubiyyəti ilə bağlı heç olmasa səthi bir araşdırma aparsa idi, bu qədər yanlışlığa yol verməzdi.
“Fraksiya” məsələsinə gəldikdə isə Natiq Cəfərlinin bu anlayışla bağlı yozumu da səhvdir. Ayrı-ayrı ölkələrdə parlament çoxluqlarının mütləq qaydada fraksiya yaratmaq təcrübəsinə rast gəlinmir. Başqa sözlə, parlament çoxluğunun tərkibində bir və yaxud bir neçə fraksiya yaradıla da bilər, yaradılmaya da bilər. “Fraksiya” sözünün izahı da diqqət çəkir: “Siyasi partiyada partiyanın ümumi xətti ilə razılaşmayan, ondan fərqli və zidd xətt irəli sürən, partiya sıralarında qalmaqla onunla mübarizə edən dəstə, ayrıca qrup”. YAP isə beş min üzv tələbini yerinə yetirə bilməyən REAL-dan fərqli olaraq monolit partiyadır. Natiq Cəfərlinin özünün “partiyadaşları” ilə yaşadığı problemləri, sosial şəbəkələrdə onunla digər “realçı”lar arasında gedən qeyri-peşəkar siyasi davaları xatırlatmaq istəmirik...
Parlament çoxluğunun təşəbbüslərinə, yeni layihələrinə gəldikdə isə - Natiq Cəfərli ya YAP-ın parlament çoxluğunun fəaliyyətini ardıcıl izləmir, yaxud izləyirsə, gerçəklikləri bilərəkdən təhrif edir. Belə olmasaydı o, Yeni Azərbaycan Partiyasından olan deputatları təşəbbüslər göstərməməkdə, yeni layihələr irəli sürməməkdə, hətta təkliflər səsləndirməməkdə “ittiham” etməzdi. Bəhs olunan “Siyasi partiyalar haqqında” Qanun layihəsinin müzakirələri zamanı YAP-dan olan deputatlar siyasi partiyanın təsis edilməsi və fəaliyyət prinsipləri, siyasi partiyada üzvlük məsələləri, siyasi partiyanın hüquq və vəzifələri, fəaliyyətinin təşkili, maddi təminatı, maliyyə hesabatlılığı və bir sıra digər məsələlərlə əlaqədar təkliflərini irəli sürüblər. Onların bir çoxu nəzərə alınıb. Natiq Cəfərli üçün daha bir xatırlatma: 2019-cu ildə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər və bu təşəbbüs dəstəklənib. İndiki parlamentin formalaşması ilə ölkədə siyasi proseslər keyfiyyətcə yeni mərhələyə daxil olub, siyasi konfiqurasiyanın palitrası dəyişib.
Bütün bunlar isə kompleks şəkildə N.Cəfərlinin qərəzli yanaşma sərgilədiyini ortaya qoyur. Aydındır ki, təmsilçisi olduğu partiyanın daxilində demək olar ki, hər ayın həm əvvəli, həm də sonunda gedən dava-qırğınlar, ayrılmalar, istefalar, parçalanmalar N.Cəfərlinin bu kimi qısqanc fikirlər söyləməsinə yol açır...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

