Tarixi qələbənin formalaşdırdığı yeni inkişaf mərhələsi
21.07.2023 [11:09]
Günel ABBAS
"Dünya azərbaycanlılarının həmrəyliyi mox vacib amildir. Milli birliyimiz milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir: “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu işinə böyük önəm verirdi. O, xaricə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşər, onlara doğma vətənləri ilə sıx əlaqə qurmağı, Azərbaycan həqiqətlərini dünya ictimaiyytinə çatdırmağı tövsiyə edərdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də bu məqsədlərə xidmət edirdi”.
Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Millət vəkilinin sözlərinə görə, hər bir vətəndaş öz dövlətinin maraqlarını beynəlxalq arenada təmsil etməyi, qorumağı bacarmalıdır: “Azərbaycan diasporu təşkilatlandıqdan sonra hədəflər dəqiqləşdi - bu hədəflər Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını dünyaya çatdırmaq, Ermənistanın işğalçılıq siyasətini beynəlxalq arenada ifşa etməkdən ibarət idi. Bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs, hücum diplomatiyası, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun vasitəsi ilə gördüyü uğurlu işlər nəticəsində Azərbaycan həqiqətləri dünyada təbliğ edildi. Bu amillər diaspor fəaliyyətinin vacibliyini bir daha ortaya qoymuş oldu. Bu gün Azərbaycan diasporu yüksək səviyyədə təşkilatlanıb desək, yanılmarıq. Dövlətimiz xaricdə diasporumuzun gücləndirilməsi üçün lazımi addımlar atır. Ötən illər ərzində xeyli sayda diaspor təşkilatları formalaşdırılıb. Azərbaycan diasporunun xaricdə mütəşəkkil qüvvəyə çevrilməsi üçün çalışılır. Son illər dövlətimizin dəstəyi ilə xarici ölkələrdə Azərbaycan Evləri, Koordinasiya Mərkəzləri yaradılır ki, bütün bunlar diasporumuzun daha güclü və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Diasporamızın qarşısında duran vəzifələr Azərbaycanın uğurlu inkişafını təbliğ etməklə yanaşı, bugünkü reallıqlarımızı dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir”.
V.İskəndərov bildirib ki, bu istiqamətdə ciddi nəticələr əldə olunmaqdadır. Lakin bununla kifayətlənməli deyilik - çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil formada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında da yer alsınlar. “Parlament və bələdiyyə seçkilərinə qoşularaq bu seçkili orqanlarda təmsil olunmağa çalışsınlar. Prezident İlham Əliyev bu fikriləri hər zaman səsləndirir. Dünyada 50 milyon soydaşımız yaşayır, elə aktiv və strateji fəaliyyət qurmalıyıq ki, səsimiz daha da yüksəklərdən eşidilsin”, -deyən deputat bildirib ki, xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşayıb: “Artıq bu həsrətə son qoyuldu, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, vətəni bütöv görmək arzusu reallaşıb. Məhz Vətən müharibəsi, möhtəşəm qələbəmiz xalqımızın, eyni zamanda, xaricdə yaşayan həmvətənlərimizin birliyini və həmrəyliyini yeni müstəvilərər daşıdı. Müstəqillik tariximizdə ilk dəfə Dünya Azərbaycanlılarının V Qurultayı Qarabağda - Şuşada keçirildi. Bu, özlüyündə böyük siyasi əhəmiyyəti olan tarixi hadisədir. Bu hadisə bütün dünyaya mesaj idi ki, dünyada yaşayan azərbaycanlılar öz dövlətinin maraqları ətrafında sıx birləşib və həmrəydirlər. Şuşada keçirilən qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini bir daha yaşatdı, həmin torpaqları canlı görmək, eləcə də, erməni vandalizmini dünyaya çatdırmaq imkanı qazandırdı. Bu səbəbdən də V qurultay haqlı olaraq Zəfər Qurultayı adlandırıldı”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10

