Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə göz yummamalıdırlar
21.07.2023 [12:25]
Günel ABBAS
Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət etməklə Ermənistanın dağ-mədən şirkətlərinin bütün Cənubi Qafqaz regionuna və ümumilikdə, qlobal ekosistemə vurduğu böyük ziyana diqqət çəkməyə çalışır. Ermənistanın uzun illər ərzində bu sahədə qeyri-şəffaf, standartlardan uzaq, riskləri nəzərə almayan fəaliyyəti vəziyyəti artıq fəlakət həddinə çatdırıb.
"Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli yeniazerbaycan.com-a bildirib ki, illərdir Azərbaycan ictimaiyyətinin, ekoloqlarının və hökumətinin təqdim etdiyi, Oxçuçayın böyük həcmdə çirkləndirilməsi ilə əlaqədar obyektivliyi şübhə doğurmayan, beynəlxalq akkreditasiyaya malik xarici laboratoriyaların təsdiqlədiyi sübutlara baxmayaraq, Ermənistana münasibətdə sərt tədbirlər görülməyib. Ermənistanın region ölkələrinin əhalisinin sağlamlığını təhdid edən bu məsuliyyətsiz davranışına göz yumulur. Bu məsələdə BMT və onun ixtisaslaşmış təşkilatları, ətraf mühit məsələləri ilə məşğul olan beynəlxalq qurumlar məsuliyyət daşıyırlar. Onlar öz səlahiyyətləri, beynəlxalq konvensiyalar çərçivəsində Ermənistanın cavab verməli olduğunu, rəsmi İrəvandan hesabat tələb etməlidirlər.
“Bütün regionun ekoloji təhlükəsizliyi bir neçə şirkətin və ya Ermənistanın siyasi rəhbərliyinin kommersiya maraqlarına qurban verilə bilməz. Azərbaycan vətəndaş cəmiyyəti bunun belə olduğunu sübutlarla nümayiş etdirir və beynəlxalq təşkilatları məsuliyyətə çağırır. Azərbaycan vətəndaş cəmiyyətinin, ekoloqlarının davamlı və israrlı çağırışları artıq bu problemləri aktuallaşdırıb, region ölkələri bu məsələlərə xüsusi diqqət ayırmağa başlayıblar. İndi növbə beynəlxalq təşkilatlarındır. Onlar konkret addımlar atmalı və Ermənistanın cinayətlərinə göz yummamalıdırlar. Düşünürəm ki, Azərbaycan vətəndaş cəmiyyəti bu məsələdə israrlı mövqedədir və bu istiqamətdə təşəbbüslərini davam etdirəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

