Humanizm prinsipini ehtiva edən təklif
27.07.2023 [10:35]
Mübariz FEYİZLİ
Azərbaycanın Laçın-Xankəndi yolunda Həkəri çayının üzərində qurulan sərhəd-keçid məntəqəsində nəzarəti gücləndirməsi sırf Ermənistanın təxribatlarına cavab olaraq görülən zəruri tədbirdir. Ermənilər sərhəd-keçid məntəqəsi qurulmazdan əvvəlki dövrdə Laçın-Xankəndi yolu ilə ərazilərimizə silah-sursat və digər qanunsuz yüklər daşıyıblar. Respublikamız üçün azuolunmaz şəxslər bu yoldan keçməklə sərbəst şəkildə Xankəndinə gəlir və burada ölkəmiz əleyhinə çağırışlar edir, separatizmi qızışdırırdılar. Azərbaycan Ermənistanın və bu ölkənin havadarlarının belə davranışlarının qarşısını almalı idi və sərhəd-keçid məntəqəsini qurmaqla bunu etdi. Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Lakin Xankəndidə yuva qurmuş separatçılar və Ermənistandakı revanşist qüvvələr Laçın-Xankəndi yolunda Azərbaycanın suveren hüquqlarına zidd olan qanunsuz daşımalar həyata keçirməyə yenə də cəhdlər göstərdilər. Hətta təxribatlara da əl atıldı. Belə ki, iyunun 15-də sərhəd-keçid məntəqəsi Ermənistan tərəfindən atəşə tutuldu. İyul ayının birinci ongünlüyündə isə erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək cəhdlərinin qarşısı alındı.
Bunlar Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmadığını və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətində olmadığını bir daha təsdiqləyir. Yeri gəlmişkən, BQXK 11 iyul tarixli açıqlamasında bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini bildirib. Həmin açıqlamada qaçaqmalçılıq yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verildiyi qeyd olunub.
Ermənilərin təxribatlarına rəğmən, Azərbaycan yenə də humanizm prinsiplərindən çıxış edir. Ölkəmiz zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü ilə bağlı mövqeyini bildirib. Azərbaycanın daha bir təklifi isə Xankəndinə humanitar yüklərin ölkəmizin ərazisindən - Ağdam-Xankəndi yolundan istifadə etməklə çatdırılması ilə bağlıdır. Azərbaycan dövləti etnik erməniləri öz vətəndaşları hesab edir və onların hüquqlarının qorunmasına Konstitusiya ilə yüksək təminatlar verir. Belə olan halda yüklər nə üçün Ağdam-Xankəndi yolu vasitəsilə daşınmasın? Xatırladaq ki, keçmiş sovet dönəmində bu marşrutdan ermənilər də geniş istifadə edirdilər. Onlar əsas alış-verişlərini məhz bölgənin ticarət mərkəzi kimi tanınan Ağdamda edirdilər - burada həm məhsullarını satır, həm də ərzaq tədarüklərini görürdülər. Həmin təbii inteqrasiya yenidən bərpa olunmalıdır.
Ermənistanda Azərbaycanın humanizm prinsipində çıxış edərək irəli sürdüyü təklif Ermənistanda, necə deyərlər, top-tüfənglə qarşılanıb. Həmçinin Xankəndidə yuva qurmuş separatçılar respublikamızın təklifinə qarşı çıxaraq etiraz aksiyası keçiriblər. Onlar Əsgəran-Ağdam yolunu beton bloklarla bağlayaraq burada “Ölüm yolu” plakatı asıblar.
Ermənistan rəsmilərinin və separatçıların bu cür davranışları siyasi spekulasiyadır və rasist yanaşmanın göstəricisidir. Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən pisdir? Bunu iddia etmək belə mümkün deyil.
Əslində, ermənilərin Azərbaycanın humanist təklifinə qarşı çıxmaları üçün heç bir normal arqumentləri yoxdur. Sual olunur: Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməlidir və Ermənistan bundan niyə qazanmalıdır? Başqa bir mühüm məqam isə infrastrukturla bağlıdır. Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir. Hazırda Azərbaycan işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, işğal dövründə tamam dağıdılmış Ağdamda da zəruri infrastruktur quruculuğunu intensiv şəkildə davam etdirir. O cümlədən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir yol infrastrukturu yardılır. Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolunun inşası əsasən başa çatdırılıb. Prezident İlham Əliyev 2020-ci il noyabrın 24-də uzunluğu 47 kilometrdən çox olan Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi haqqında Sərəncam imzalayıb. Artıq dəmir yolu xəttinin layihəsi üzəridə işlər başa çatdırılıb. Perspektivdə Ağdamdan Xankəndinə də dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Eyni zamanda, “Qafqazın Xirosiması” adlandırılan Ağdamda vahid nəqliyyat qovşağı kimi layihələndirilmiş dəmir yolu və avtovağzal kompleksi tezliklə fəaliyyətə başlayacaq. Avtovağzalda ilkin olaraq on müntəzəm rayonlararası avtobus marşrutu fəaliyyət göstərəcək. Dəmir yolu vağzalında 1000-ə qədər, avtovağzalda isə 1500-ə qədər sərnişinin qəbulu planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

