Türkiyə və Azərbaycan haqq yolundadır
29.09.2023 [11:30]
Günel Abbas
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, səsləndirilən fikirlər, imzalanan sənədlər dövlətlər və xalqlar arasında qardaşlıq və birliyin əbədi, sarsılmaz olduğunun ifadəsidir.
Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Səfər zamanı İğdır - Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Kars -Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi haqqında Əməkdaşlıq Sazişinin imzalanması, Naxçıvan Bərpa - istehsalat hərbi kompleksinin açılışı dünyaya bir daha göstərdi ki, Azərbaycan - Türkiyə strateji tərəfdaşdırlar və dövlətlərin, ölkə başçılarının dostluğu, həmrəyliyi hər iki ölkənin gələcək inkişafına böyük imkanlar yaradır, qüvvələri birləşdirir, birgə mübarizəyə yollar açır”, - deyə o, qeyd edib.
Komitə sədri bildirib ki, Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi dövlətlərin münasibətlərində tarixi rol oynamaqla, əməkdaşlığı yeni müstəviyə qaldırır və milli təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb etməklə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
“Azərbaycan bu gün nəinki Türkiyə ilə münasibətlərin möhkəmlənməsinə, eləcə də dünya dövlətləri, Avropa ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Öz çıxışında Türkiyə Prezidenti bunu xatırladaraq bildirmişdir ki, İğdır - Naxçıvan qaz kəməri layihəsi Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək. Uzunluğu 97,5 kilometr olan boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcəkdir. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətinin iki dəfədən çox artırılması mümkün olacaqdır ki, bu da region üçün çox əhəmiyyətlidir.
Prezident İlham Əliyev Kars - Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını tarixi hadisə adlandıraraq bildirmişdir ki, bu layihə orta dəhlizin bir qolu kimi həm Azərbaycan, həm Türkiyə, həm də digər ölkələrə xidmət göstərəcək. Dövlətimizin rəhbərinin çıxışında antiterror tədbirlərinə xüsusi önəm verməsi təsadüfi deyildir. Bildirildiyi kimi bu tədbir Azərbaycanın suverenliyinin tam təmin edilməsidir.
Prezident İlham Əliyev Türkiyə Prezidentinə müraciətlə qürurla qeyd etmişdir ki, bu hadisə baş verəndə siz Amerikada, Nyu - Yorkda idiniz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali küsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu həm həqiqətdir, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımdır”.
Türkiyə və Azərbaycan Respublikalarının prezidentlərinin bəyanatlarında səsləndirilən fikirlər, verilən mesajlar deməyə əsas verir və sübut edir ki, söylənilənlər, qarşıya qoyulan vəzifələr yalnız iki dövlətin xalqlarının mənafeyinə deyil, bəşəri ideyalara əsaslanır və dünya xalqlarının gələcəyi üçün əhəmiyyətlidir, deyə T. Rzayev bildirib.
“Çünki qardaş dövlətlər separatizmdən, təcavüzdən, ədalətsizlikdən uzun illər əziyyət çəkmiş, nəhayət öz gücləri bahasına suverenliklərini təmin etmiş, müstəqilliklərini qorumuşlar.Türkiyə və Azərbaycan bu gün dünyada sülhün, əminamanlığın, əməkdaşlığın bərqərar edilməsi üçün bütün imkanlardan istifadə etməkdədir. Bu amal və əməl hər iki dövləti və rəhbərləri birləşdirir və xalqlarımızı xoşbəxt gələcəyə aparır”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30

