Myanmada nə baş verir?
13.04.2023 [10:58]
N.BAYRAMLI
Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Myanma ordusu ölkənin şimalında yerləşən Sikain bölgəsindəki Paziqi kəndi yaxınlığında müxalif qüvvələrə hava hücumları təşkil edib.“Associated Press” agentliyi hadisə şahidlərinə istinadən bildirib ki, hava hücumu kəndin yaxınlığında yeni müxalifət ofisinin açılış mərasimi zamanı həyata keçirilib. İnsident şahidlərin sözlərinə görə, yerli vaxtla səhər saat 8 radələrində insanların üzərinə təyyarələrdən hava bombaları atılıb. KİV-in məlumatına əsasən, hücum nəticəsində 100-ə yaxın yerli sakin həlak olub, daha 50 nəfər yaralanıb. Yaralılar və ölənlər arasında uşaqlar da var. Yaralıların və ölənlərin dəqiq sayı məlum deyil. BMT bu hücumu pisləyib.
Rusiyanın “RİA” Novosti agentliyi isə yazıb ki, Myanma hakimiyyəti hücumun həyata keçirildiyini təsdiqləyib. “Hərbçilər mülki şəxslərə zərər vermədən məhdud hava zərbələri endiriblər”, - deyə açıqlamada qeyd edilir. Hakimiyyət orqanları terrorçuların mövqelərinə aviazərbələr endirildiyini bildirib.
Ümumiyyətlə, xarici və yerli müxalifət mediası vaxtaşırı Myanma hakimiyyətinin müxalif əhaliyə qarşı hava bombalarından istifadə etdiyini yazır. Məsələn, bildirilir ki, bu ilin əvvəlindən hərbçilər Sikain bölgəsində, eləcə də Karen, Kaçin və Çin əyalətlərində həm mülki, həm də müqavimət hədəflərinə hava zərbələrini artırıb. Bu gərginlik etnik silahlı qrupların çıxışlarında 2023-cü ildə ordunu devirməyə söz verdikdən sonra baş verib. 2021-ci ilin fevralında Myanma ordusunu əsas qarantı edən konstitusiya maddəsinə əsaslanaraq, ordu mülki hökuməti devirdi. Onlar 2020-ci ilin noyabrında keçirilən parlament seçkilərində Demokratiya Uğrunda Milli Liqanın xeyrinə kütləvi saxtakarlıq edildiyini açıqlayıblar. Bu partiyanın lideri Aunq San Suu Kyi ev dustaqlığına buraxılıb və daha sonra bir sıra ittihamlarla üzləşib. Ümumilikdə, o, 33 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, çağdaş Myanmada bu cür hadisələr qeyri-adi qəbul edilmir. Cənub-Şərqi Asiyada yerləşən Myanma Çin, Laos, Tayland, Hindistan və Banqladeş ilə sərhəddədir. Myanma daha çox bu ölkədə müsəlmanların kütləvi qətlə yetirilməsi ilə dünya mediasının gündəmində yer alır. Məsələ ondadır ki, əsasən Myanmanın şimal-qərbində, Banqladeşlə sərhəd əyaləti Arakanda yaşayan müsəlman rohinca xalqına qarşı ayrı-seçkilik, düşmən münasibət yerli hakimiyyət tərəfindən hər zaman davam edib. Hakimiyyət, buddistlər müsəlmanları dəfələrlə kütləvi qırğına məruz qoyublar. Ölkədə əhalinin 83 faizi buddistlər, cəmi 4 faizi müsəlmanlardır. Ekspertlərin fikrincə, bu problem indi deyil, 70 ildən çoxdur davam edir. Hələ 1940-cı illərdə Myanma müstəqil olmamışdan əvvəl rohinca müsəlmanları təşkilatlanaraq müstəqillik mübarizəsi başladıb. Və o zamandan etibarən yerli buddist xalqla müsəlmanlar arasında ilk münaqişələr baş verib. II dünya müharibəsi zamanı Myanma ərazilərini yaponlar işğal edib və bu zaman etnik münaqişə daha da böyüyür. 1946-cı ildə isə arakanlılar yeni qurulmuş Pakistan dövlətinə müraciət edərək onlara birləşmək istədiklərini bildirirlər. Daha sonra isə Arakanda təşkilatlanan rohinca müsəlmanları Birma hakimiyyətindən muxtariyyət tələb etsələr də, bu istək rədd edilib və baş qaldıran bir neçə müsəlman hərəkatı Myanma ordusu tərəfindən yatırılıb. Son illərdə də Myanma ordusu və buddist əhali tərəfindən müsəlmanlara qarşı kütləvi qırğınlar törədilib. Ordu özünün qanlı əməllərinə “İslam radikalizmi” və terrorla mübarizə donu geyindirməyə çalışıb. Bu qırğınların nəticəsində on minlərlə müsəlman ölkəni tərk etməyə məcbur olub.
Bəzi ölkələr, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Myanmada müsəlmanlara qarşı qırğınları pisləyib. Lakin bütövlükdə, beynəlxalq birlik, xüsusilə Qərb ölkələri bu qırğınlara qarşı səssiz qalmaqda davam edir.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

