Ukrayna böyük təhlükə qarşısında...
23.05.2023 [11:05]
Qərb Baxmutun işğalından sonra Kiyevə dəstəyini daha da gücləndirir
Şahanə XANKİŞİYEVA
Baxmut uğrundakı döyüşlər Rusiya-Ukrayna müharibəsinin gedişatına yeni istiqamət verməkdədir. Bu amil həm də Qərbin prosesə diqqətini yenidən cəlb edir. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baxmut istiqamətində Vaqner dəstələrinin hücum hərəkətləri ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, “Cənub” qüvvələr qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Baxmut şəhəri alınıb. Yeri gəlmişkən, Ukrayna prezidenti Zelenski də faktı təsdiqlib. O, ABŞ prezidenti Co Baydenlə görüşündə ukraynalı əsgərlərin Baxmut şəhəri üzərində nəzarəti itirdiyini deyib.
Təbii ki, proses artıq daha ciddi hal alır - Qərb Rusiyaya qarşı Ukraynanı yenidən silahlandırmaq istiqamətində ciddi addımlar atır. Belə ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya hərbi ehtiyaclarını ödəmək üçün dəyəri 375 milyon dollara qədər yardım etdiyini bildirib: “Birləşmiş Ştatlar Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını və uzunmüddətli təhlükəsizlik yardımı ödəmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək”.
Qərb problemin həlli ilə bağlı sülh danışıqlarını da istisna etmir. Məsələn, Yeddilik Qrupunun (G7) Xirosimada keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında danışan ABŞ prezidenti Co Bayden iddia edib ki, Vaşinqton Ukrayna ətrafındakı böhranı siyasi və diplomatik yollarla həll etməyə çalışır: “Tərəfdaş ölkələrlə birlikdə biz bir daha bəyan etdik ki, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli dünyaya - BMT Nizamnaməsinin əsas prinsiplərinə ehtiyac var”.
Qərbin Ukrayna ilə bağlı mövqeyinin paralel inkişafı gələcək perspektiv üçün nələr vəd edir? Bununla bağlı qəzetimizə açıqlamasında politoloq İlyas Hüseynov deyib ki, Rusiyanın Baxmutu ələ keçirməsi yeni müzakirələrə yol açıb. Çünki “Vaqner” qrupunun rəhbəri Priqojin Rusiya Müdafiə Nazirliyinin onlara lazımi silahların verilməməsini sərt tənqid ritorikası ilə bildirmişdi: “Lakin gözlənilmədən Baxmut şəhərinin tamamilə Rusiyanın nəzarətinə keçməsi xəbəri yayıldı. Bu məsələnin özü manipulyasiya informasiyası adlandırıla bilər. Ukrayna tərəfi müdafiə olundu, amma şəhəri əlində saxlaya bilmədi. Baxmut çox əhəmiyyətli və geostrateji mövqeyə sahib şəhərdir. Çünki bu şəhərin alınması qarşıdakı müddətdə bir sıra əhəmiyyətli yolların da nəzarətə götürülməsinə yol aça bilər. Ukrayna məhz bu səbəbdən Baxmutu çox ciddi şəkildə qoruyurdu. Amma Ukrayna silahlı qüvvələrinin bu şəhəri qətiyyətlə qorumasına baxmayaraq, şəhər əldə saxlanılmadı. Zelenskinin G7 zirvəsinə qatıldığı, burada NATO alyansına daxil olan dövlətlərlə müzakirələr apardığı bir dönəmdə hərbi sahədə itki yaşanır və Ukraynanın əks hücuma keçməsi ilə bağlı ehtimalların güclü olduğu bir zamanda belə bir hadisə baş verir”.
Politoloqun fikrincə, Qərbin Ukraynaya güclü dəstəyinə ehtiyac var. Onun sözlərinə görə, hətta Ukraynada gələcəkdə insan resursu ilə bağlı təhlükəli hallar belə yaşana bilər. “Görünür, Rusiya öz hədəflərinə çatmaqda israrlıdır. Rusiyanın əsas istəyi ələ keçirdiyi ərazilərin qorunması, Ukraynanın əks hücumunun qarşısının alınmasıdır. Ukrayna da qarşısına böyük hədəflər qoyub. Hətta Krımın azad olunması haqqında da Zelenski dəfələrlə bildirib. Lakin Baxmutda baş verənlər onu göstərir ki, Krımın azad olunması barədə danışmaq hələ tezdir. Baş verənlər Ukrayna ərazisində gedən müharibənin uzun müddət davam edəcəyini deməyə əsas verir”, - deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

