ABŞ prezidentliyinə ən şanslı namizəd
31.05.2023 [10:41]
Yəhudilərin dostu, LGBT-nin düşməni Ron Desantis
ABŞ-ın Florida ştatının 44 yaşlı qubernatoru Ron Desantis prezidentliyə namizəd olmaq üçün Respublikaçılar Partiyasının praymerizində iştirakını rəsmən elan edib. O, seçkilərə qatılan keçmiş prezident Donald Trampdan sonra ikinci ən populyar respublikaçı hesab olunur. Konqresmen olduğu dönəmlərdə yəhudi icması ilə isti münasibətlər quran Desantis Florida qubernatoru vəzifəsinə seçiləndən indiyədək yəhudi seçicilərin daimi dəstəyini və rəğbətini qazanıb. Lakin seçki kampaniyası başlayandan bəri De?antisin əleyhdarları xeyli artıb. Artıq onların arasında yəhudilər də yer almaqdadır.
Xatırladaq ki, Desantis ötən ay İsrailə səfər edib. O, İordan çayının qərb sahilində məskunlaşma prosesini dəstəklədiyini açıqlayıb. Bir sıra ekspertlər düşünür ki, Netanyahu hökuməti Trampla olduğu kimi Desantislə də yaxşı anlaşa biləcək. Seçki kampaniyaları zamanı hər iki siyasətçi - həm Tramp, həm də Desantis İsrailə yaxınlıq nümayiş etdirməklə ABŞ yəhudilərinin səsini qazanmağa çalışırlar.
Demokratlara yaxın media yazır ki, özünü ABŞ yəhudilərinin maraqlarını qoruyan lider kimi göstərən De?antis əslində onlar üçün heç də ən yaxşı namizəd sayıla bilməz. “Haaretz” dərgisinin yazdığına görə, Desantisin təşviqat tədbirlərində onun ətrafında antisemitizm ritorikası və irqçi çıxışları ilə tanınan insanlar da olur. Bu da gələcək Desantis hökuməti barədə xoşagəlməz təəssürat formalaşdırır.
“Xaç suyu”nun xatirəsi
Dini inanc etibarı ilə katolik olan Ron Desantis haqqında söylənən iddialara baxmayaraq çıxışlarında dəfələrlə İsrailə rəğbət bəslədiyini açıq etiraf edib. ABŞ prezidentliyinə ən iddialı namizədlərdən olan Desantis görüşlərdə yəhudilərə rəğbəti ilə bağlı bir xatirəsini söyləməyi də çox sevir. Həmin əhvalat belədir: Ron ABŞ konqresmeni olduğu vaxt İsrailə ilk səfəri zamanı həyat yoldaşı Keysi Qalileya gölündən vəftiz üçün bir şüşə su götürüb saxlayır. O zaman cütlüyün uşaqları hələ dünyaya gəlməmişdi. Şüşədəki suyun yarısından onların birinci və ikinci uşağı xaç suyuna çəkilərkən istifadə olunur. Ron Desantis qubernator seçildikdən sonra onun iqamətgahının işçiləri daşınma zamanı yarıya qədər dolu olan “xaç suyu şüşəsi”ni itirirlər. Desantis bu əhvalatı ilk dəfə Boka Ratonda yerləşən sinaqoqda maraqlı bir xatirə kimi danışır. Bu təsirli xatirədən sonra xeyli sayda yəhudi Desantisə İsraildən şüşələrdə su göndərir.
Ümumən, Desantis konqresmen olarkən İsrailə xüsusi diqqət yetirir, ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürülməsi ideyasının təbliğində aparıcı rol oynayırdı. 2017-ci ilin martında Yerusəlimə səfər edən bir qrup konqresmenin arasında səfirliyin açılacağı yeri seçən məhz o olmuşdu.
Ötən həftə Orlandoda keçirilən Milli Dini Yayım Konvensiyasında çıxış edən Desantis yevangelist xristianlara müraciətində “Mən qubernator vəzifəsinin icrasına başlayanda Floridanı ABŞ-da ən çox yəhudi tərəfdarı olan əyalət edəcəyimə söz verdim və biz bu vədi yerinə yetirə bildik”, - deyə bəyan edib.
Desantis Floridanın getdikcə artan pravoslav icmasının dəstəyini qazanmaq üçün də çox cəhdlər göstərir. 2021-ci ildə o, iki ciddi qanun layihəsi imzalayıb. Bunlardan biri yəhudi təcili yardım xidməti olan “Hatzalah”ın dövlət tərəfindən tanınmasını təmin edəcək, digəri isə Florida ştatındakı bütün dövlət məktəblərində, Habad yəhudi hərəkatının təşəbbüsünü əsas götürərək, antisemitizm qurbanlarını hər gün bir dəqiqəlik sükutla yad etməyi ehtiva edəcək.
Bundan əlavə, 2018-ci ildə ilk qubernatorluq kampaniyası zamanı Desantis dini məktəblərin dövlət hesabına maliyyələşdirilməsi üçün xeyli çalışdı və nəhayət, bu il məqsədinə çatdı. Cəmiyyətdə getdikcə populyarlıq qazanan Ron Desantis heç də bir çoxlarının gözlədiyi kimi demokratiya carçısı rolunu oynamır. Əksinə, o, dinə, ənənələrə bağlı olan mühafizəkardır.
Desantisin əleyhdarları onu mədəni irticaçı olmaqda ittiham edirlər. Əleyhdarlarının fikrincə, qubernatorun məktəblərdə tətbiq etdiyi irq, cinsiyyət və cinsiyyətin tədrisinə qarşı anti-proqressiv siyasəti eyni zamanda Holokost və antisemitizm haqqında maarifləndirməyə də mane olur. Böyük ehtimalla, rəqiblərin apardığı bu propaqandanın əsas məqsədi ABŞ prezidentliyinə ən real namizədlə yəhudi icmasının arasını vurmağa hesablanıb.
Reallıqda isə məsələ belədir: Florida Təhsil Departamenti orta məktəblər üçün nəzərdə tutulmuş iki yeni Holokost dərsliyini təsdiq etməyib. Səbəb kimi yeni hazırlanan dərsliklərin dövlətin tələblərinə uyğun olmadığı göstərilib.
Bundan əlavə, Florida qanunları müəllimləri “uyğun olmayan materiallar”ın tədrisinə görə də məsuliyyətə cəlb edə bilir. Ştatda fəaliyyət göstərən bir çox təhsil müəssisəsi Holokostdan bəhs edən kitabları, o cümlədən, Anna Frankın gündəlikləri əsasında yazılmış romanı məktəb kitabxanalarından yığışdırıb. Seçkilərdə əsasən demokratlara səs verən Florida yəhudiləri indiki qubernatorun digər sosial islahatlarını da tənqid etməkdədirlər. Məsələn, Desantis dövründə Floridada altı həftəlik hamiləlikdən sonra abortu qadağan edən qanun qəbul edilib. Qanunun qəbulu cəmiyyətdə, o cümlədən yəhudi icmasında birmənalı qarşılanmayıb.
Demokrat partiyasının namizədi Endryu Gillum Desantisi neonasistlərin əhatə etdiyini bildirib: “Mən cənab Desantisi irqçi adlandırmıram, sadəcə deyirəm ki, irqçilər onun irqçi olduğunu düşünürlər”.
LGBT-yə qarşı savaş
Desantisin Florida ştatında geniş müzakirələr, mübahisələr doğuran islahatları bununla bitmir. ABŞ prezidentliyi iddiasında olan siyasətçi Qərbdə qatı anti-LGBT-çi kimi tanınır. Desantisin qubernatorluğu dövründə Florida ştatında yetkinlik yaşına çatmayanların cinsdəyişdirmə, transgender əməliyyatları kimi tibbi xidmətlərdən istifadəsini qadağan edən, məktəblərdə cinsi oriyentasiyanın və üçüncü cinsin kimliyini məhdudlaşdıran, eyni zamanda narkotik istifadəsinə bəlli məhdudiyyətlər qoyan qanunlar qəbul edilib.
Desantis qanunun imzalanma törənində deyib: “Biz sağlam ağlın sığınacağı və normallıq qalası olaraq qalacağıq”.
DeSantis tərəfindən təsdiqlənmiş səhiyyə xidmətlərini əhatə edən 254 saylı Qanuna əsasən, Florida ştatında yetkinlik yaşına çatmayan şəxslərin hormon terapiyası və cinsiyyət dəyişdirmə əməliyyatlarının qarşısı alınacaq, böyüklər isə eyni xidmətlərdən istifadə etməkdə xeyli çətinliklərlə üzləşəcəklər.
Ron Desantisin imzaladığı digər qanun isə cinsi oriyentasiya və gender kimliyi ilə bağlı dərs materiallarının səkkizinci sinfə qədər tədrisinin qadağan olunmasını nəzərdə tutur.
İyulun 1-dən qüvvəyə minəcək yeni qanunda orta məktəblərdə cinsi tərbiyə ilə bağlı tədris proqramının yenidən yazılması və yuxarı siniflərdə nikahdankənar cinsi əlaqədən çəkinmək barədə maarifləndirici dərslərin keçilməsi də xüsusi qeyd olunub.
Florida Ştatının qubernatoru, ABŞ prezidentliyinə şanslı namizədlərdən olan Ron Desantisin bu islahatları ölkədə LGBT təşkilatlarının və onların himayədarlarının geniş etirazlarına səbəb olub. Ekspertlərin fikrincə, Desantis bu addımları ilə cinsi azlıq nümayəndələrinin dəstəyindən məhrum olsa da, ölkənin mühafizəkar təbəqəsi bu islahatları dəstəkləyir. Güman olunur ki, LGBT təşkilatları və onları dəstəkləyənlər Desantisin seçkidə məğlubiyyətə uğraması üçün bütün güclərini səfərbər edəcəklər. ABŞ mediasının keçirdiyi rəy sorğularına görə isə Ron Desantis hazırda prezident postuna ən aparıcı və şanslı namizəd hesab olunur.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51

