Qərb ölkələri razılığa gələ bilmirlər
27.07.2023 [10:53]
GÜLAY
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım göstəriləcəyini açıqlayıb. Hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya və döyüş sursatları, zirehli maşınlar, tank əleyhinə silahlar və digər avadanlıqlar daxildir.
Amma Vaşinqton və onun müttəfiqləri hələ də ukraynalı pilotların Amerikanın
“F-16” qırıcılarından istifadəsinə dair təlimləri ilə bağlı məsələlərdə razılığa gələ bilməyiblər. Buna görə də Kiyev tərəfindən qırıcıların qəbulu ləngiyir. Qərb mətbuatı prosesin uzadılmasını ukraynalı pilotların dəqiq harada hazırlanacağına hələ qərar verilməməsi ilə əlaqələndirir. Lakin Ukrayna Silahlı Qüvvələrinin təliminə dəstək verən və 11 dövlətdən ibarət koalisiyaya rəhbərlik edən Niderland və Danimarka dövlətləri belə indiyədək açıq şəkildə proqram üçün təyyarələr təqdim etməyi öhdəsinə götürməyiblər. İlk variantlardan biri belədir ki, təlimlərin ABŞ-ın Arizona şəhərində keçirilsin. Başqa bir seçim isə amerikalı hərbi pilotların ukraynalılara təlim keçmək üçün Avropaya göndərilməsidir. “Biz bu planı həyata keçirməyin ən praktik yolunu müəyyən etmək üçün tərəfdaşlar və müttəfiqlərlə işləyirik”, - deyə ABŞ rəsmiləri bildiriblər. Xatırladaq ki, bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq təlimin yayda Avropada başlamasının planlaşdırıldığını qeyd etmişdi.
Xatırladaq ki, 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin sammitində Ukrayna ətrafındakı vəziyyət müzakirə mövzusu olub. İclasda iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “F-16” qırıcılarının Ukraynaya ötürülməsinin Avropa və dünya üçün tarixi hadisə olacağını, bunun qlobal təhlükəsizlik arxitekturasını müəyyən edəcəyini demişdi: “Pilotlarımız “F-16”-nı tanıyanda və bu təyyarələr səmamızda görünəndə bu, tək Ukrayna üçün önəm daşımayacaq. Bu, Avropanın və dünyanın bütün təhlükəsizlik arxitekturası üçün tarixi bir an olacaq”.
Rəsmi Vaşinqton, verdiyi vədlərə baxmayaraq, hələ də Ukraynaya “F-16”-lar göndərməkdə niyə tərəddüd edir? Müzakirələr nə üçün uzanır? Bir müddət öncə ABŞ prezidenti Co Baydenin Ukrayna lideri Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya doğru irəliləmək üçün dördüncü nəsil “F-16” qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığına dair etdiyi açıqlamaya nəzər yetirək. “Mənim Zelenskidən dəqiq əminliyim var ki, onlar Rusiya ərazisinə irəliləmək üçün “F-16” qırıcılarından istifadə etməyəcəklər”,- deyə Bayden bəyan etmişdi.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

