“Honda” elektromobil istehsalını azaldacaq, hibrid avtomobillərə üstünlük verəcək
20.05.2025 [22:51]
“Honda Motor” çərşənbə axşamı bildirib ki, tələbin azalması səbəbindən elektrik avtomobillərinə sərmayələri azaldır və diqqətini yeni hibrid modellərinə artan tələbatın ödənilməsinə yönəldəcək.
AZƏRTAC xəbər verir ki, yapon şirkətinin baş icraçı direktoru Toşihiro Mibe mətbuat konfransında 2030-cu maliyyə ili üçün elektromobil istehsalı və proqram təminatına planlaşdırılan investisiyanın 10 trilyon yen məbləğindən 7 trilyona (48,4 milyard dollar) qədər azaldığını bildirib.
O əlavə edib: “Mövcud bazarın enişini nəzərə alaraq, 2030-cu ildə elektrikli avtomobil satışlarının əvvəlcədən planlaşdırdığımız 30 faizdən aşağı düşəcəyini gözləyirik”. “Reuters”in xəbərinə görə, Mibe qeyd edib ki, akkumulyatorla işləyən avtomobillər həmin vaxta qədər şirkətin satışlarının təxminən 20 faizini təşkil edə bilər.
“Honda” şirkəti bildirib ki, 2030-cu ilə qədər 2,2 milyondan 2,3 milyona qədər hibrid avtomobil satmağı planlaşdırır. Şirkət bu il üçün ümumi satış hədəfini açıqlamayıb.
Yapon avtomobil istehsalçısı 2027-ci ildən başlayaraq dörd il ərzində 13 yeni nəsil hibrid modelini satışa çıxarmağı planlaşdırır. O, həmçinin onilliyin ikinci yarısında buraxılması planlaşdırılan iri modellər üçün hibrid sistemi hazırlayacaq.
“Honda” hələ də 2040-cı ilə qədər bütün yeni avtomobil satışlarını akkumulyator və yanacaq elementi ilə işləyən avtomobillərə çevirməyi planlaşdırdığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

