Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada günvurmadan ölənlərin sayı 4-ə çatıb

İtaliyada günvurmadan ölənlərin sayı 4-ə çatıb

03.07.2025 [13:59]

İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4-ə çatıb.

AZƏRTAC xəbər verir ki, Sardiniya adasında 2, Palermoda 1 və Bolonyada 1 nəfər günvurmadan dünyasını dəyişib.

Ölkənin Səhiyyə Nazirliyi bu gün üçün paytaxt Roma da daxil olmaqla, 18 şəhərdə qırmızı xəbərdarlıq elan edib. Hazırda ölkənin müxtəlif regionlarında havanın temperaturu 40 dərəcədən yüksəkdir.

İtaliyanın Lombardiya, Emiliya-Romanya, Abruzzo, Veneto və Bazilikata bölgələrində avqustun 31-dək saat 12:30-dan 16:00-dək açıq havada işlərin dayandırılmasına dair qərar verilib.

Paylaş:
Baxılıb: 280 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30