ÜST: Tütün istehlakı son illərdə əhəmiyyətli dərəcədə azalıb
07.10.2025 [15:27]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, dünyada tütün istehlakı son illərdə əhəmiyyətli dərəcədə azalıb.
AZƏRTAC xəbər verir ki, təşkilatın məlumatına əsasən, on il əvvəl siqaret çəkənlərin payı 23 faiz idisə, hazırda bu göstərici 19 faizə enib. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bir çox ölkələrin tütünə qarşı mübarizə səyləri milyonlarla insanın siqareti tərgitməsinə və ya ümumiyyətlə başlamamasına səbəb olub. Ən böyük irəliləyiş Cənub-Şərqi Asiyada müşahidə edilir. Bu regionda siqaret çəkən kişilərin payı 2000-ci ildən bəri iki dəfə azalıb. Avropada isə azalma nisbətən zəifdir, xüsusilə qadınlar arasında siqaret çəkənlərin sayı hələ də yüksək olaraq qalır. Hazırda Avropada qadınların 17,4 faizi siqaret çəkir və bu, dünya üzrə ən yüksək göstərici sayılır.
ÜST, həmçinin elektron siqaretlərin artan populyarlığından narahatdır. Hazırda dünyada 100 milyondan çox insan e-siqaret istifadə edir. Bu məhsullar xüsusilə gənclər arasında geniş yayılıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, elektron siqaretlər nikotin asılılığının yeni dalğasına səbəb ola bilər. ÜST hökumətləri tütünlə mübarizəni gücləndirməyə, vergiləri artırmağa və siqareti tərgitmə proqramlarını genişləndirməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

