İranın nəhəng Taftan vulkanı 700 min ildən sonra “oyanma” əlamətləri göstərir
28.11.2025 [13:16]
Alimlər İranın cənub-şərqində, Əfqanıstan və Pakistanla sərhəddə yerləşən Taftan vulkanında qeyri-adi aktivlik qeydə alırlar.
AZƏRTAC xəbər verir ki, dəniz səviyyəsindən 4 min metr yüksəklikdə yerləşən Taftan uzun müddət sönmüş vulkan hesab olunub. Onun son püskürməsinin 700 min ildən çox əvvəl baş verdiyi güman edilir. İndi isə Taftan daha sönmüş deyil, yatmış vulkan kimi təsnif edilir.
“Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmaya görə, vulkanın zirvəsində təzyiq artır.
“Gec-tez gələcəkdə püskürmə baş verəcək - ya güclü, ya da sakit şəkildə”, - deyə vulkanoloq Pablo Qonsales “Live Science” portalına müsahibəsində bildirib. O həmçinin vurğulayıb ki, yaxın perspektivdə püskürmə təhlükəsi yoxdur.
Qonsales və həmkarları yeni peyk məlumatlarını təhlil ediblər. Görüntülər Taftanın zirvəsinin 10 ay ərzində 9 sm qalxdığını göstərir. İlk baxışdan bu, kiçik rəqəm təsiri bağışlasa da, yatmış vulkan üçün hər santimetr ciddi siqnaldır. Tədqiqatçılara görə, bu proses vulkanın yenidən “nəfəs almağa” başladığını göstərir və regional hakimiyyət orqanlarının vəziyyətin daha dərindən araşdırılması üçün əlavə resurs ayırması vacibdir.
Mümkün aktivlik barədə nişanələr yalnız zirvədəki deformasiya deyil, başqa əlamətlər də mövcuddur. Artıq iki il əvvəl sosial şəbəkələrdə Taftandakı çatlardan sızan qazın fotoşəkilləri yayılmışdı. Vulkandan 50 km aralıda, Xaş şəhərində sakinlər həmin qaz sızmalarının qoxusunu hiss etmişdilər.
Alimlərin fikrincə, zirvənin qalxması yer səthindən bir neçə yüz metr dərinlikdə qazın toplanması ilə bağlıdır. Əsas maqmatik rezervuarın isə təxminən 3,5 min metr dərinlikdə yerləşdiyi ehtimal olunur.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

