/ / Almaniyada hökumət koalisiyası pensiya islahatı ilə bağlı yaranmış fikir ayrılığını aradan qaldırıb
Almaniyada hökumət koalisiyası pensiya islahatı ilə bağlı yaranmış fikir ayrılığını aradan qaldırıb
28.11.2025 [23:18]
Almaniyada hakimiyyət koalisiyası pensiya islahatı ilə bağlı yaranmış fikir ayrılığını aradan qaldırıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) rəhbərlərinin gecə yarısınadək davam edən danışıqlarından sonra razılıq əldə olunub və hökumət pensiya paketi üzrə mövcud qanun layihəsini dəyişmədən saxlayacaq. Lakin koalisiya gənclər təşkilatının – “Yunge Union”un narahatlıqlarını azaltmaq üçün sənədə əlavə izahat mətninin salınmasına razılaşıb. Gənclər qrupu xüsusilə 2031-ci ildən sonra pensiya səviyyəsinin yüksək saxlanmasının yaratdığı mümkün milyardlarla avroluq xərc yükünə etiraz edirdi.
Koalisiyanın təqdim etdiyi izahat mətnində gələn il əsaslı pensiya islahatına start veriləcəyi vurğulanır. Bu məqsədlə 2026-cı ilin ikinci rübünədək ilkin təkliflər hazırlayacaq xüsusi komissiya yaradılacaq. Hökumət pensiya səviyyəsinin uzunmüddətli sabitliyini təmin etmək üçün maliyyə dayanıqlılığını gücləndirən mexanizmlər üzərində işləməyi planlaşdırır. Bu çərçivədə “davamlılıq faktoru”nun yenilənməsi, həmçinin gələcək on il ərzində pensiya haqlarının sabit saxlanması nəzərdə tutulur.
Komissiya, həmçinin pensiyaya çıxma yaşının mümkün yüksəldilməsini və daha çox gəlir qruplarının pensiya sisteminə daxil edilməsini də araşdıracaq. Bundan əlavə, hökumət gənc nəslin özəl və korporativ pensiya yığımını artırmaq üçün dövlətə məxsus səhmlərdən əldə olunan dividendlərlə xüsusi dəstək proqramı tətbiq edəcək.
Kansler Fridrix Merts bu çərçivədə dövlətin “Telekom”, “Deutsche Post” və “Commerzbank”dakı paylarının prosesə cəlb olunacağını bildirib. Yeni razılaşmanın məqsədi Almaniyada pensiya sahəsində uzun illərdir ehtiyac duyulan islahatların həyata keçirilməsidir.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

