Seulda avtobus sürücüləri tətilə başlayıblar
13.01.2026 [19:26]
Cənubi Koreyanın paytaxtı Seulun şəhərdaxili avtobus sürücüləri əməkhaqqının artırılması tələbi ilə yanvarın 13-də qeyri-müəyyən müddətə tətilə başlayıblar.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, yanvarın 12-də sürücülərin həmkarlar ittifaqının nümayəndələri ilə rəhbərlik arasında 10 saatlıq görüş nəticəsiz başa çatdıqdan sonra tətil qərarı elan edilib. Gecə saat 4:00-dan etibarən paytaxtda bütün şəhərdaxili avtobus xidmətləri dayandırılıb.
Seul bələdiyyəsi tətilin sərnişindaşınmaya təsirini azaltmaq üçün alternativ variant olaraq xəttə çıxan metro qatarlarının sayını artırıb, metronun iş saatları da gecə saat 2-dək uzadılıb. Bundan başqa, müxtəlif məntəqələrdən metro stansiyalarına pulsuz avtobuslar fəaliyyət göstərir.
Qeyd edək ki, daşıyıcı şirkətlərin rəhbərlikləri Ali Məhkəmənin bonusların işçinin müntəzəm əməkhaqqının bir hissəsi olması barədə qərarına uyğun olaraq, əməkhaqqının 10,3 faiz artırılmasını təklif edib. Lakin həmkarlar ittifaqı daşıyıcı şirkətlərin rəhbərliyinin əlavə xərclərin yükünü azaltmaq üçün əsas əməkhaqqına bonusları daxil edən yeni əməkhaqqı sisteminin yaradılması təklifinə etiraz edir. Onlar əməkhaqqı sistemini yenidən nəzərdən keçirmədən 3 faiz artırılmasını, təqaüd yaşının 65-dək uzadılmasını və əməyin qiymətləndirilməsində ayrı-seçkiliyin ləğvini tələb edirlər.
Seulda 64 şirkət tərəfindən idarə olunan 394 marşrutda hər gün 7 min 300-dən çox avtobus hərəkət edir.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

