Bu gün 62-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb
13.02.2026 [17:35]
Fevralın 13-də 62-ci Münxen Təhlükəsizlik Konfransı (MSC 2026) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu bu mühüm konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edir.
Bu tədbir dünya mediasının da diqqət mərkəzindədir. Builki konfransda 115 ölkədən təxminən 1000 jurnalist qeydiyyatdan keçib.
Fevralın 15-dək davam edəcək tədbirin açılış mərasimində Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin, Kansler Fridrix Mertsin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, 62-ci Münxen Təhlükəsizlik Konfransı dünyada geosiyasi və geoiqtisadi gərginliyin yaşandığı bir şəraitdə işə başlayır. Bu, məhz uzunmüddətli ittifaqların möhkəmliyinin və davamlılığının sual altına düşdüyü, qaydalara əsaslanan beynəlxalq nizamın zəiflədiyi, qlobal miqyasda qeyri-sabitliyin artdığı və münaqişələrin daha da kəskinləşdiyi bir dövrə təsadüf edir. Bir neçə gün əvvəl yayımlanan “Münxen Təhlükəsizlik Hesabatı – 2026”da dünyanın, eləcə də beynəlxalq təşkilatların təhlükəli bir dövrə qədəm qoyduğu qeyd edilir. Eləcə də yayılan şərhlərdə, hesabatlarda son dövrlərdə xüsusilə transatlantik münasibətlərdə artan gərginliyə diqqət çəkilir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ötənilki konfransın açılış mərasimində səsləndirdiyi bəyanatların Alyans daxilində narahatlıq yaratdığı xüsusi qeyd olunur. Ona görə də bu il Münxendə Tramp administrasiyasının Avropaya yanaşmasında sərtləşmə fonunda bu mövzu konfrans çərçivəsində də müzakirə edilən əsas məsələlərdən biri olacaq. Ümumiyyətlə isə bu il konfransda müzakirə olunacaq mövzulara Avropanın təhlükəsizliyi və müdafiəsi, transatlantik münasibətlərin gələcəyi, çoxtərəfliliyin yenidən gücləndirilməsi, qlobal nizam barədə rəqabət aparan baxışlar, regional münaqişələr və texnoloji inkişafların təhlükəsizlik sahəsinə təsirləri və digər məsələlər daxildir.
Konfransın sədri Volfqanq İşinger bu barədə qeyd edib: “MSC 2026” beynəlxalq təhlükəsizlik siyasətinin əsas məsələləri üzrə qlobal dialoq üçün yenidən mühüm platforma rolunu oynayacaq. Bu il Vaşinqtonda və Səudiyyə Ərəbistanının Al-Ula şəhərində keçirilən Münxen Liderlər Görüşləri çərçivəsində başlayan müzakirələr artıq mühüm impulslar verib. Bu əsas üzərində “MSC 2026” strateji müzakirələri daha da dərinləşdirmək və bu günün ən aktual qlobal çağırışlarının həlli üçün zəruri əməkdaşlığı gücləndirmək baxımından unikal imkan yaradacaq”.
Konfransın birinci günü qlobal təhlükəsizliklə bağlı ən mühüm və təcili məsələlər ətrafında müzakirələrlə başlayacaq. Bu məsələlərə çoxtərəfli əməkdaşlığın gələcəyi, iqtisadi təhlükəsizlik və ticarət, iqlim tədbirləri, hibrid müharibə, nüvə təhlükəsizliyi və qlobal süni intellekt yarışı daxildir. Fevralın 14-də müzakirələr transatlantik təhlükəsizlik və beynəlxalq nizamın ümumi vəziyyəti, eləcə də regional münaqişələr və böhranlar, o cümlədən Ukrayna, Qazza, Sudan, Venesuela və Şərqi Asiyada yaşanan gərginliklər ətrafında aparılacaq. Tədbirin sonuncu - bazar günü isə diqqət Avropaya, onun fəaliyyət göstərə bilmə qabiliyyətinə, rəqabətədavamlılığına və ortaq Avropa vizyonu ətrafında razılığa gəlməsinə yönələcək.
“MSC 2026” çərçivəsində, həmçinin Orta Şərq Məsləhət Qrupunun əsas nəticələri, Qida Təhlükəsizliyi İşçi Qrupunun yekun tövsiyələri təqdim ediləcək və Süni Üst İntellekt üzrə Texnologiya Strategiyası Təşəbbüsü istifadəyə veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

