Fransada zorakılığa yol verən və irqçi ifadələr işlədən polis həbs edilib
16.02.2026 [23:45]
Fransanın Bobignyi şəhərində Cinayət Məhkəməsi yeniyetmənin saxlanılması zamanı qeyri-qanuni zorakılığa yol verən və irqçi ifadələr işlədən polis əməkdaşını səkkiz ay şərti həbs cəzasına və iki il müddətinə ictimai yerlərdə xidmət göstərməyə məhkum edib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı məlumat “France Inter” radiosunun “Dans le pretoire” podkastında yayımlanıb. İşə hüquq-mühafizə orqanlarının törətdiyi zorakılıq hallarına baxan 14-cü palata baxıb.
Manuel adlı polis əməkdaşı ötən il 17 yaşlı Usman adlı yeniyetməni saxlayarkən, onu vurmaq və təhqir etməkdə ittiham olunurdu. İlkin protokolda polis yeniyetmənin iki dəfə qaçmağa cəhd etdiyini, onu itələdiyini və qandallanmağa müqavimət göstərdiyini iddia etmişdi.
Lakin kamera görüntüləri hadisənin fərqli şəkildə baş verdiyini ortaya çıxarıb. Təxminən 16 dəqiqə davam edən videoda polisin yeniyetməyə qarşı təhqirlər səsləndirdiyi və onun üz nahiyəsinə zərbələr endirdiyi, gəncin isə susaraq müqavimət göstərmədiyi görünür. Sözügedən görüntülər məhkəmə iclasında nümayiş etdirilib.
Məhkəmədə ifadə verən polis davranışının utandırıcı olduğunu bildirib və kadrlardakı şəxsi tanımadığını deyib. O, irqçi olmadığını iddia edərək, hadisə zamanı bir qrup gəncin onu ələ saldığını və buna görə həddindən artıq reaksiya verdiyini söyləyib.
Hakimin sorğusuna cavab olaraq təqsirləndirilən şəxs etiraf edib ki, qeydə alınma olmasaydı, protokollara tam etibar etmək çətin olardı və reaksiyası tamamilə qeyri-mütənasib olub. O, həmçinin hadisə zamanı şəxsi problemlər yaşadığını, ayrılıq və yaşayış yeri ilə bağlı çətinliklərinin olduğunu qeyd edib. Bildirib ki, hazırda küçə patrul xidmətindən uzaqlaşdırılıb.
Məhkəmə qərarında vurğulanıb ki, baş verən ağır faktlar milli polisə və dövlətə xələl gətirir. Bununla yanaşı, hakim heyəti təqsirləndirilənin məhkəmə zamanı verdiyi izahatların səmimiliyini də nəzərə alıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

