Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ağılsız diktator məğlub Ermənistanı növbəti fəlakətə sürükləyir

Ağılsız diktator məğlub Ermənistanı növbəti fəlakətə sürükləyir

19.11.2020 [08:40]

Müxalifət və narazı kütlə hökumətin istefasını tələb edir, Paşinyan isə güc strukturları vasitəsilə hakimiyyətini qoruyub saxlamaq məqsədi güdür
Məlum olduğu kimi, Azərbaycan qarşısında ağır məğlubiyyətə düçar olaraq kapitulyasiya aktına imza atmağa məcbur qalan Ermənistanda noyabrın 10-dan başlayan kütləvi etiraz aksiyaları davam edir. Müxalifətin və sıravi vətəndaşların Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyinin istefasını tələb etməsi fonunda xarici işlər naziri başda olmaqla hökumət üzvlərinin istefa verməsi də kütləvi aksiyaları dayandırmayıb. Əksinə, müxalifətin noyabrın 18-i axşama mitinq təyin etməsinə baxmayaraq, həmin gün səhər sadə vətəndaşlar Ermənistan parlamentinin binası qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyasına başlayıblar.
Ermənistan mətbuatının yazdığına görə, parlament binasının qarşısında etiraz aksiyası keçirən vətəndaşlar hakim “Mənim addımım” fraksiyasından olan deputatların da baş nazirin istefası tələbinə qoşulmalarını tələb edirlər. “Aysor.am” saytının yazdığına görə, vətəndaşlar “Paşinyan getməlidir!”, “Ölkənin hazırkı baş nazirinin yalnız özü deyil, bütün hökumət istefa verməlidir!”, “Yeni müzakirəçilər, yeni şərtlər!” kimi şüarlar səsləndiriblər. Hətta K.Dəmirçiyan küçəsi tərəfdən parlamentin girişindən bir qrup vətəndaş binaya daxil olub. Parlamentin qəbul otağına girən vətəndaşlar “Mənim addımım” fraksiyasından olan deputat Armen Xaçatryandan imzalanan sənəddən xəbəri olub-olmadığını soruşublar, mənfi cavab alıblar. Qeyd edək ki, həmin vaxt parlamentin iclası keçirilsə də, müxalifət fraksiyaları iclası boykot ediblər.
“Joxovurd” qəzeti isə yazır ki, Paşinyan hökumətin 80 faizini dəyişdirmək niyyətindədir: “Bu günlərdə hakimiyyət kadr axtarışındadır, çünki nazirləri də dəyişdirmək istəyir. Yaxın vaxtlarda Zaruhi Batoyan, Araik Harutyunyan, Arsen Torosyan, Tiqran Xaçatryan, David Tonoyan hökumətdəki vəzifələrini tərk edəcək və həmin siyahıda müdafiə nazirinin müavinlərinin də adları var”.
Qəzet yazır ki, xarici işlər naziri Z.Mnatsakanyanın gedişindən sonra nazir müavini Şavarş Koçaryan rəsmi olaraq vəzifəsi ilə vidalaşsa da, Ermənistan XİN-dəki “istefalar paradı” davam edəcək.
Yeri gəlmişkən, qeyd edək ki, “Mənim addımım” fraksiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Adranik Koçaryan da ölkənin müdafiə naziri və baş qərargah rəisinin istefaya getməli olduqlarını bildirib. Mətbuatın yazdığına görə, artıq fövqəladə hallar naziri Feliks Çolakyan da istefa verib.
“Tert.am”ın yazdığına görə, politoloq Hrant-Melik Şahnazaryan baş nazir N.Paşinyanın ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün hazırladığı “yol xəritəsi”ni şərh edərkən deyib ki, Nikolun kapitulyasiya sənədini imzalamasından bir həftə keçsə də, bu günə qədər hökumət vəziyyəti düzəltmək üçün heç bir addım atmayıb: “Tam əksinə, bu fəlakətli durumda kiçik bir fürsət tapan kimi hər kəsi həbsə atmaqla və təqib etməklə məşğul olub. İndi ayağa qalxan və tərəddüd etmədən onu lənətləyən insanlara “yol xəritəsi” təklif edir. Bu, baş verməyəcək, Nikol! Sən və biz eyni yolda deyilik. Sən tək gedəcəksən. Düz cəhənnəmə”.
Göründüyü kimi, işğalçı Ermənistan ciddi siyasi təlatümlərlə qarşı-qarşıyadır və hökumət ölkəni vətəndaş müharibəsinə sürükləyir. Belə ki, müxalifət və narazı kütlə təkidlə Paşinyanın istefasını tələb edir, baş nazir isə yeni “yol xəritəsi” təqdim edir və güc strukturları vasitəsilə hakimiyyətini qoruyub saxlamaq məqsədi güdür.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 805 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30