Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin “Oruç Reis” gəmisi noyabrın 29-dək Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək

Türkiyənin “Oruç Reis” gəmisi noyabrın 29-dək Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək

21.11.2020 [14:26]

Aralıq dənizinin şərqində, Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti noyabrın 29-dək uzadılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı yeni “Navtex” (dənizçilərə elan) elan edilib.

“Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii resurs axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.

Paylaş:
Baxılıb: 661 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31