Məğlub Ermənistanın siyasi mənzərəsini konfrontasiya və böhran vəziyyəti təşkil edir
29.01.2021 [22:16]
Məlum olduğu kimi, 44 günlük müharibədə işğalçı ordusu məhv edilən, Azərbaycan qarşısında diz çökmək məcburiyyətində qalan Ermənistanda xaos və anarxiya getdikcə dərinləşir. Daxili siyasi qarşıdurmanın, sosial-iqtisadi böhranın davam etdiyi məğlub ölkədə hakimiyyətə qarşı kütləvi etiraz aksiyaları da ara vermir. Bütün səviyyələrdə baş nazir Nikol Paşinyanın istefası tələb olunduğu bir vaxtda isə hakim komanda müxtəlif yollarla iqtidarı əldə saxlamağa çalışır.
Ermənistan mediasının yazdığına görə, hakimiyyəti əldən vermək istəməyən Paşinyan komandasına yeni çıxış yolları axtarmağı tapşırıb. Belə ki, son günlər “Mənim addımım” fraksiyasının keçirdiyi iclaslarda müzakirə edilən məsələlər arasında növbədənkənar seçkilər və parlamentin buraxılması əsas yer tutur. Qeyd edək ki, əsas müxalifət partiyalarının birləşdiyi “Vətənin xilası naminə hərəkat” isə indiki vaxtda növbədənkənar seçkilərin keçirilməsini Ermənistan üçün təhlükə hesab edir. “News.am” yazır ki, hərəkatın koordinatoru İşxan Saqatelyan 28 yanvarda verdiyi açıqlamada deyib ki, N.Paşinyanın rəhbərliyi altında növbədənkənar parlament seçkiləri keçirilməsi iqtidarın itirdiyi nüfuzu qazanmaq və məsuliyyətdən yayınmaq cəhdi olduğundan ölkə üçün fəlakət vəd edir. Onun fikrincə, indiki şəraitdə seçki keçirilsə, ölkədə mövcud olan qeyri-sabitlik, nifrət mühiti və cəmiyyətdəki parçalanma davam edəcək. İstefa tələbi ilə 18 fevral tarixinə ümumxalq mitinqinin təyin olunduğunu qeyd edən koordinator, həmçinin yaxın günlərdə mitinq, yürüş, piket və digər itaətsizlik aksiyalarının da baş tutacağını dilə gətirib.
Yeri gəlmişkən, “Aysor.am” yazır ki, “Vahid Ermənistan” partiyasının rəhbəri Vahan Badasyan baş nazir Paşinyanın fiziki cəhətdən məhvinin vacibliyini bildirib. “Paşinyan fiziki cəhətdən zərərsizləşdirilməli, hakimiyyətdən kənarlaşdırılmalıdır. Fiziki məhvinə qədər bütün yollardan istifadə edilməklə sıradan çıxarılmalıdır”, - deyə o bildirib.
Bunlarla yanaşı, Paşinyanın istefasını tələb edən vətəndaşların hökumət binasına daxil olmağa çalışmaları da müzakirə mövzusudur. “News.am” yazır ki, polis əməkdaşları ilə etirazçılar arasında toqquşma olub, onların bir qismi saxlanılıb. Baş nazirin istefasını tələb edən bir çox vətəndaş isə Respublika meydanına toplaşıb. Eyni zamanda, baş prokurorluq binası qarşısında da mitinq keçirilib. Mitinqin təşkilatçılarından olan rejissor Arşak Zakaryan deyib ki, dövlətə xəyanət baş verib və günahkar cəzalandırılmalıdır: “Baş prokurordan Paşinyanın həbsini tələb etdik. Baş prokuror Paşinyanı həbs etmirsə, xalqın tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün o da məsuliyyət daşıyır”.
Qeyd edək ki, kəskin bəyanatlar verən V.Badasyan və A.Zakaryan həmin gün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
Bu arada, bütün ermənilərin katolikosu II Qaregin də Paşinyanın istefası tələbindən geri çəkilmədiklərini dilə gətirib. Baş keşiş deyib ki, erməni kilsəsinin baş nazirin istefası ilə bağlı mövqeyində dəyişiklik yoxdur. “Ermənistan heç vaxt belə çətin vəziyyətə düşməmiş və bu qədər itkilər verməmişdi. Bu vəziyyətdə təbii olaraq kilsə öz mövqeyini bildirməli idi”, - deyə vurğulayan II Qaregin erməni apostol kilsəsinin Paşinyanın dərhal istefasını zəruri hesab etdiyini söyləyib.
Beləliklə, bu günlərdə Yerevan küçələrində baş verənlər göstərir ki, məğlub ölkədə vətəndaş müharibəsi təhlükəsi sovuşmayıb və Ermənistan sonu görünməyən fəlakətə yuvarlanır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

