Ermənistan reallıqları: siyasi xaos, sosial-iqtisadi tənəzzül və total böhran
05.02.2021 [09:14]
44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atan məğlub Ermənistanın baş naziri Nikol Paşinyan etiraz aksiyaları və istefalar fonunda müqavimət göstərsə də, artıq hakimiyyətini qorumaqda çətinlik çəkir. Bu səbəbdən ciddi siyasi böhranın hökm sürdüyü şəraitdə Paşinyan parlamentdəki çoxluq vasitəsilə bəzi qanun və məcəllələrə dəyişiklik etmək yolu ilə iqtidarını möhkəmləndirmək istəyir. Ermənistan KİV-də yer alan məlumatlara görə, ölkədə bütün sahələrdə vəziyyət acınacaqlı olduğu üçün sosial-iqtisadi tənəzzüldən nəsibini alan sadə vətəndaşlar ilk fürsətdə ölkəni tərk etməyə çalışırlar.
Onu da qeyd edək ki, Paşinyanın istefasını tələb edən müxalif “Vətənin xilası naminə hərəkat”ın rəhbərlərinin eks-prezidentlərlə görüşləri siyasi böhranın yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Belə ki, müxalifətin əvvəllər 18 fevral tarixinə elan etdiyi ümumrespublika mitinqinin vaxtını dəyişdirməsinin də son görüşlə əlaqədar olması iddiaları var. Qeyd edək ki, hərəkatın koordinatoru İşxan Saqatelyan müxalifətin mitinqinin 20 fevralda Yerevanda baş tutacağını bildirib. İ.Saqatelyan “FaktInfo” agentliyinin müxbirinə verdiyi açıqlamada sabiq prezidentlər S.Sarkisyan və R.Koçaryanla görüşlə bağlı səslənən iddiaları rədd edərək deyib ki, əsas hədəf bu uğursuz hökuməti dərhal hakimiyyətdən uzaqlaşdırmaqdır. “Vətən” partiyasının mətbuat katibi Sos Hakopyan isə “Aysor.am”a bildirib ki, müxalifət küçə aksiyalarını aktivləşdirmək barədə qərar qəbul edib və hakimiyyətlə hər hansı bir əməkdaşlıq istisna olunur. Respublikaçı partiyanın nümayəndəsi Eduard Şarmazanov isə baş nazir postuna müxalifətin vahid namizədinin dəyişdirilməsi məsələsinin müzakirə olunmadığını söyləyib.
Yeri gəlmişkən, Yerevan şəhərinin ümumi yurisdiksiya məhkəməsinin əslində məhkum hesab edilən R.Koçaryanla bağlı qəbul etdiyi qərar da cəmiyyətdə və bəzi siyasi dairələrdə təəccüblə qarşılanıb. 2008-ci il mart hadisələrinə görə mühakimə edilən R.Koçaryanın bu günlərdə yenidən başlayan məhkəmə prosesinə ara verilməsi və 3-8 fevral tarixləri arasında Ermənistanı tərk etməsinə icazənin təmin olunması mövcud hakimiyyətə qarşı yeni tənqidlərin ünvanlanmasına səbəb olub. Belə ki, iddialara görə, hakim Danibekyan eks-prezidentin ölkədən çıxmasına icazə barədə qərarı birbaşa Paşinyanın tələbi ilə verib. Digər məlumatlara görə, R.Koçaryan bir daha geri qayıtmamaq şərtilə ölkəni tərk edib.
Qeyd edək ki, artıq neçə gündür, yerli mediada ölkədən çıxmaq istəyən vətəndaşların çoxluğu nəticəsində “Zvartnots” hava limanında sıxlıq yarandığı vurğulanır. Məsələ ilə bağlı parlamentdə çıxış edən “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan Ermənistanda yaranmış acınacaqlı vəziyyətdən bezən ermənilərin, sözün əsl mənasında, ölkədən qaçdığını deyib. Rəsmi statistikaya görə, son 3 gündə Ermənistanı hava yolu ilə 3900 nəfər tərk edib.
Bütövlükdə, müxalifətin hakimiyyəti devirmək üçün müxtəlif vasitələrə əl atdığı bir vaxtda ermənilər kütləvi şəkildə ölkəni tərk etmək niyyətindədirlər. Ekspertlərin fikrincə, sadə ermənilər hər hansı siyasi qüvvənin Ermənistanı mövcud böhrandan çıxaracağına inanmırlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32

