Ermənistanda növbədənkənar seçki düyünü...
10.02.2021 [08:59]
Ermənistanda gərginlik davam edir. Paşınyan hökumətinin növbədənkənar seçkilərin keçirilməsi məsələsini gündəmdən çıxarmaq cəhdi isə gərginliyi daha da artırıb. Daha dəqiq desək, hakim “Mənim addımım” fraksiyasının bu günlərdə yaydığı bəyanatda yer alan guya cəmiyyətin növbədənkənar parlament seçkilərinə müsbət yanaşmadığı barədə iddia müxalifət cəbhəsindən kəskin etirazla qarşılanıb. Ermənistan KİV-i yazır ki, sözügedən bəyanatdan sonra siyasi qarşıdurma daha da dərinləşib, küçə aksiyalarının təşkilatçıları olan müxalif qüvvələr və parlamentdəki fraksiyaların təmsilçiləri kəskin bəyanatlarla çıxış ediblər.
Belə ki, hakim “Mənim addımım” blokundan olan deputatların baş nazirlə görüşünü şərh edən “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan bəyan edib ki, Paşinyanın heç vaxt vəzifədən əl çəkmək fikri olmayıb: “Halbuki o vaxt hakimiyyət həm ictimaiyyəti, həm də müxalifəti inandırmağa çalışırdı ki, guya istefa mümkündür. Sonra mövcud hökumət parlamentin buraxılması barədə tamamilə absurd tezis irəli sürdü. Bu halda da baş nazir N.Paşinyan hakimiyyətdə qalacaq və ölkəyə rəhbərlik etməyə davam edəcəkdi”.
N.Zöhrabyanın sözlərinə görə, bütün hallarda hakimiyyət nə regionlarda, nə də Yerevanda istədiyi dəstəyi əldə edə biləcək: “Buna əmindirlər və buna görə də növbədənkənar parlament seçkilərinin keçirilməsindən imtina etmək barədə qərar qəbul edildi”.
N.Zöhrabyan onu da deyib ki, yeni ildən sonra müxalifətin Paşinyanın istefası tələbi yönündə fəaliyyəti bir qədər zəifləyib: “Amma, eyni zamanda, hava şəraitinin yaxşılaşmasından və insanların dərin şokdan çıxmasından sonra müxalifətin mövcud hökumətlə mübarizənin yeni qüvvə ilə davam edəcəyinə əminəm. Müxalifət üçün soyuq qışda insanları küçələrə çıxmağa və mübarizəyə qoşulmağa vadar etmək çətindir. Bundan əlavə, Ermənistan vətəndaşları müharibə zamanı aldıqları ağır mənəvi-psixoloji zərbədən hələ də özlərinə gəlməyiblər”.
“Maariflənən Ermənistan” partiyasının və parlament fraksiyasının lideri Edmon Marukyan isə parlamentdə keçirdiyi ənənəvi brifinqdə deyib ki, hakimiyyətdəki şəxslərin növbədənkənar seçkilər keçirmək fikrindən imtina etməsi barədə açıqlamalarını ciddi qəbul etmək olmaz. “Armenia today” yazır ki, E.Marukyan açıqlama zamanı növbədənkənar seçkilərin qaçılmaz olduğunu bildirib: “Parlamentdəki növbəti “hökumət saatı”ndakı çıxışında Paşinyanın seçkilərin keçirilməsinə qarşı olmadığını bəyan edə biləcəyi istisna olunmur. Hakimiyyət orqanlarının bu mövzuda verdiyi bütün açıqlamalar ictimai rəyin manipulyasiyasından başqa bir şey deyildir”.
Marukyanın sözlərinə görə, bu hökumət ölkəni siyasi böhrandan çıxara bilməyəcək və növbədənkənar seçkilər qaçılmaz olacaq.
Hakimiyyətin növbədənkənar seçki keçirmək fikri olmadığı iddialarına cavab olaraq parlamentdə jurnalistlərə açıqlama verən vitse-spiker Alen Simonyan isə deyib ki, Ermənistan hakimiyyəti hər müxalifətçinin qapısını döyərək növbədənkənar seçkilərə getmələrini xahiş etməli deyil.
Göründüyü kimi, Ermənistanda növbədənkənar seçki məsələsi bir növ düyünü düşüb. Müxalifət qüvvələrinin əksəriyyəti növbədənkənar seçkilərə yalnız Paşinyanın baş nazir postundan istefası şərti ilə razılıq verir. Hakimiyyətin fürsətdən istifadə edərək seçki məsələsini gündəmdən çıxarmağa çalışması isə iqtidarla müxalifət arasında gərginliyi yeni mərhələyə keçirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

