Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23.02.2021 [09:01]
Məlum olduğu kimi, ötən şənbə məğlub Ermənistanın paytaxtında hökumətin istefası tələbi ilə müxalifətin növbəti kütləvi etiraz aksiyası baş tutub. Ermənistan mətbuatının yazdığına görə, bu mitinqi son iki ayda keçirilən vətəndaş itaətsizliyi aksiyalarından fərqləndirən onun “ümumrespublika mitinqi” olaraq elan olunması idi. Belə ki, 17 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın sonuncu ümumrespublika mitinqi ötən ilin sonunda keçirilib. Buna görə də 20 fevral mitinqinin nəticələri həm müxalif qüvvələr, həm də Paşinyan hakimiyyəti üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. O səbəbdən ki, erməni əhalisini və ekspertləri qarşı-qarşıya gələn tərəflərin bundan sonrakı addımlarının nədən ibarət olacağı maraqlandırırdı. Yəni Yerevanın Azadlıq meydanında baş tutan mitinq müxalifət hərəkatını hədəfə yaxınlaşdıracaq, yoxsa Paşinyanı öz laxlayan kreslosunu bir qədər də möhkəmləndirməyə sövq edəcək?
Ekspertlərin də vurğuladıqları kimi, bu kimi suallara cavab almaq üçün 20 fevral mitinqindən əvvəl və sonra baş verənlərə nəzər yetirməyə ehtiyac var. Mitinqin gedişində və sonrakı yürüş zamanı ciddi qarşıdurma olmasa da, mitinqdən öncə baş verənlər hakimiyyətin müxalifətin kütləvi aksiyasına etinasız yanaşmadığını göstərib. Belə ki, “News.am”ın yazdığına görə, mitinqdən bir gün öncə Ermənistan parlamentinin keçmiş aparat rəhbəri Ara Saqatelyan, “Kayrak media”nın sahibi, siyasi analitik Karen Bekaryan, Mher Avakyan və müxalifətçi Aram Sarkisyan sosial şəbəkədəki saxta “Gagik Soghomonyan” profilinin müəllifliyində şübhəli bilinərək saxlanılıblar.
“Panorama.am”ın yazdığına görə, fevralın 20-də səhər “VETO” ictimai və siyasi hərəkatının lideri Narek Malyanın həbsi barədə məlumat yayılıb. Bununla yanaşı, mitinqdən öncə hüquq-mühafizə orqanlarının əməkdaşları “VETO”-nun üzvü, polis polkovniki Robert Melkonyanı meydanda həbs edib. Erməni mediası yazır ki, “VETO” rəhbəri və üzvünün həbsinə səbəb aksiyadan bir saat əvvəl hərəkat üzvlərinin mitinq meydanında “Çauşeskunun edamı və ya xainlərə ölüm” futuristik tamaşa göstərmək niyyəti olub.
Qeyd edək ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, baş tutan mitinqdə çıxış edən “Vətənin xilası naminə hərəkat”ın “ölkənin baş naziri vəzifəsinə namizədi” Vazgen Manukyan, sabiq baş nazir Hrant Baqratyan, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyan və digərləri hakimiyyətin yarıtmazlığından və ölkədəki sosial-iqtisadi tənəzzüldən bəhs ediblər. Q.Çarukyan deyib ki, ermənilərin xilası mövcud hökumətin istefasından asılıdır: “Vəziyyət hər gün daha da pisləşir. Hər şey bahalaşıb, dram dəyərdən düşüb, bu gün sıravi vətəndaş necə yaşaya bilər? Ermənilərin xilası hazırkı hökumətin dərhal istefası və yeni bir hökumətin qurulması ola bilər. Ölkə böhran keçirdiyi üçün inkişaf ola bilməz. Heç kim onlara etibar etmir. Bıçaq sümüyə dirənib”.
“Panorama.am” isə yazır: “Hərəkatın koordinatoru İşxan Saqatelyan mitinqdəki çıxışında deyib ki, müxalifət 20 fevral tarixini hərəkat üçün yeni mərhələnin başlanğıcı elan edib. Ermənistan xalqının tarixində yeni bir səhifə açırıq. Nikol hakimiyyətdə qaldıqca ölkəmizdə sabitlik, sülh və əmin-amanlıq olmayacaq. Planlı və ardıcıl fəaliyyətlər nəticəsində bu hökumətin kənarlaşdırılmasına nail olacağıq. Bu gündən Nikol və hökuməti dincliyin nə olduğunu bilməməlidir. Fevralın 22-dən etibarən hər gün fasiləsiz olaraq paytaxtda, daha sonra regionlarda və bütün ucqar kəndlərdə itaətsizlik aksiyaları keçiriləcək”.
Göründüyü kimi, müxalifət əhalini Paşinyan istefa verənə qədər vətəndaş itaətsizliyinə qoşulmağa çağırıb. Yaranmış vəziyyəti dəyərləndirən ekspertlər Ermənistandakı siyasi böhranın yeni mərhələyə qədəm qoyması məsələsində həmfikirdirlər. Müxalifət nümayəndələrinin həbs olunması fonunda cərəyan edən hadisələr qarşıdurmanın açıq toqquşmaya qədər gedəcəyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32

