Ermənistanda sosial-iqtisadi böhran davam edir
07.04.2021 [09:00]
Ekspertlərin fikrincə, əhalisi getdikcə daha da kasıblaşan ölkədə 2020-ci ildə yoxsulluq səviyyəsi təxminən 7 faiz artıb
Məlum olduğu kimi, siyasi böhranın hökm sürdüyü Ermənistanda sosial-iqtisadi sahədə də tənəzzül davam etməkdədir. Hökumətin qeyd-şərtsiz istefasını tələb edən “Vətənin xilası naminə hərəkat” indiki dövrdə parlament seçkilərinə qarşı çıxış etsə də, bir sıra partiya və siyasilərin seçkilərə maraq göstərməsi onun nəticələrini indidən proqnozlaşdırmağa imkan vermir.
Qeyd edək ki, hakimiyyətdə təsmil olunan partiyalar da daxil olmaqla, bəzi siyasi təşkilatlar artıq seçki siyahısı tərtib etməyə başlayıb. Yerli mətbuat yazır ki, hakimiyyət artıq gələcək parlamentdə təmsil olunacaq namizədlərinin siyahısını tərtib edir. Məsələn, “Joğovurd” qəzetinin iddiasına görə, baş nazir Nikol Paşinyan artıq növbədənkənar parlament seçkilərində deputat görmək istədiyi yaxın çevrəsindəki şəxslərin siyahısını hazırlayıb. Hakimiyyət ciddi-cəhdlə seçkiyə hazırlaşsa da, hökumətin istefasını tələb edən müxalifət bu dəfə regionlara üz tutub. “News.am” yazır ki, əvvəldən elan olunduğu kimi, regionlarda kütləvi aksiyalara başlayan “Vətənin xilası naminə hərəkat” 6 apreldə Qeqarkunik vilayətinin Sevan şəhərində mitinq keçirib. “Daşnaksutyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan ilkin mərhələdə müxalifətin bölgələrdə görüşlər keçirəcəyini, insanları genişmiqyaslı aksiyalara səfərbər etməyə çalışacaqlarını söyləyib.
Bu arada eks-prezident Robert Koçaryan iyunun 20-də keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətini təkrarlayıb. “Pozner”in verilişində R.Koçaryan deyib ki, seçkilərdə iki partiyadan ibarət bloka rəhbərlik edəcək. Eks-prezident seçki blokuna hansı partiyaların daxil olacağını açıqlamasa da, “Hraparak” qəzeti “Daşnaksutyun” partiyasında Koçaryanın liderliyində seçkilərə getmək barədə müzakirə aparıldığını yazıb. Qeyd edək ki, həmin verilişdə R.Koçaryan ölkədəki vəziyyəti qənaətbəxş hesab etmədiyini bildirib: “Müharibədəki ağır itkilər cəmiyyətin mənəvi-psixoloji cəhətdən çökməsinə gətirib çıxarıb, ölkədə dərin apatiya hökm sürür, iqtisadiyyatda və idarəetmədə problemlər mövcuddur”.
Yeri gəlmişkən, yerli ekspertlərin fikrincə, ölkədə sosial-iqtisadi vəziyyət olduqca acınacaqlıdır. “Panorama.am”ın yazdığına görə, iqtisadçı Suren Parsyan deyib ki, Ermənistandakı siyasi qeyri-müəyyənlik və risklər səbəbindən sosial-iqtisadi vəziyyət daha da ağırlaşıb. Onun sözlərinə görə, 2020-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi təxminən 7 faiz artıb. S.Parsyan bildirib ki, ölkədə əsas tələbat mallarının qiymətlərinin kəskin artması xüsusi narahatlıq doğurur. İqtisadi ekspert deyib ki, rəsmi statistikaya görə, nəinki əhalinin əməkhaqqı, heç pensiya və müavinətlər də artmayıb: “Ermənistanda sosial-iqtisadi böhran hökm sürür. Böhranın qarşısı alınmasa, cəmiyyət daha da qütbləşəcək, yoxsulluq artacaq”.
Beləliklə, növbədənkənar seçkiyə hazırlaşan məğlub Ermənistanda sosial-iqtisadi böhran davam edir. Ekspertlərin fikrincə, seçkiqabağı dövrdə məğlub ölkədəki sosial-iqtisadi tənəzzül mövcud böhranı daha da dərinləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40

