Ermənistanda hakimiyyət böhranı...
28.04.2021 [09:40]
Məlum olduğu kimi, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün baş nazir Nikol Paşinyan 25 apreldə istefa verib. Bununla da məğlub ölkədə növbəti hakimiyyət böhranı yaranıb. Yerli mətbuatın yazdığına görə, hakimiyyətin əsas opponentləri deputatları “parlament çevrilişi” yolu ilə hakimiyyəti devirməyə çağırırlar. Buna baxmayaraq, hakim komanda seçki hazırlıqlarını davam etdirir. Belə ki, parlamentin sədri Ararat Mirzoyan aprelin 26-da prezidentin imzalamaqdan imtina etdiyi “Seçki məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” qanunu təsdiq edib. Bununla da proporsional seçki sisteminin bərpa edilməsi qüvvəyə minib.
Bu arada, “News.am” yazır ki, parlamentin spikeri A.Mirzoyan baş nazirin istefasından sonrakı proseduru da açıqlayıb. Spiker bildirib ki, Ermənistanın yeni baş nazirinin seçilməsi məsələsi 3 may tarixində parlamentin xüsusi iclasında müzakirə ediləcək. Xəbərdə o da qeyd edilir ki, “Mənim addımım” fraksiyası 3 mayda parlamentdə keçirilən səsvermədə Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək, ancaq onu baş nazir seçməyəcək. Çünki bu proses parlamentin buraxılması və növbəndənkənar parlament seçkilərinin keçirilməsi üçün lazımdır. Baş nazir seçilməsə, yeddi gün ərzində yeni seçkilər keçiriləcək. Baş nazir səs çoxluğu ilə yenidən seçilməsə, parlament buraxılacaq və növbəndənkənar seçkilər elan ediləcək.
Qeyd edək ki, indiki siyasi böhran dövründə Paşinyan hakimiyyətini qorumaq üçün seçkilərə qədər baş nazir vəzifəsini özü icra edəcək. Lakin N.Paşinyanın bu cəhdinin qanuna zidd olduğu barədə müxtəlif fikirlər səslənir. Panorama.am” yazır ki, növbəti belə bir ittihamla eks-prezident Levon Ter-Petrosyan çıxış edib. Onun sözlərinə görə, bu qanun pozuntusuna qarşı seyrçi qalan parlamentdəki müxalifət partiyaları konstitusiyaya zidd addıma görə məsuliyyət daşıyırlar. Ter-Petrosyan konstitusiya məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryanın “Yerevan today”də yer alan “Konstitusiyaya görə, istefadan sonra baş nazirin vəzifəsində qalmaq hüququ yoxdur” məqaləsindəki arqumentləri ciddi qəbul etməyə çağırıb: “Ermənistan prezidentini, konstitusiya məhkəməsinin rəhbərliyini, Paşinyanla məxfi razılaşmaya gedən “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” partiyalarını məsələyə ciddi yanaşmağa çağırıram”.
Yeri gəlmişkən, onu da xatırladaq ki, parlamentdə təmsil olunan siyasi partiyalar seçkiyə hazırlaşsalar da, seçkiləri çıxış yolu hesab etməyən bəzi müxailf qüvvələr hadisələrin inkişafından narahatdırlar. Məsələn, “Aysor.am”ın yazdığına görə, Respublikaçı partiyanın sədrinin müavini Armen Aşotyan hökumətin istefasını şərh edərkən deyib ki, parlamentdaxili qüvvələr cəsarət toplayıb baş nazir postuna başqa bir namizəd irəli sürərsə, bu hökumətdən və Ermənistanı məhv olmaqdan xilas etmək üçün fürsət yaranacaq: “Çünki ölkə daxilində, xüsusən də Paşinyanın rəhbərliyi altında seçkilərin keçirilməsi üçün hazırda heç bir ictimai tələb yoxdur”.
Göründüyü kimi, Paşinyan hakimiyyətini qorumaq üçün qanun pozuntusuna rəvac verir. Eyni zamanda, ekspertlər indiki hakimiyyətin rəhbərliyi altında seçkilərin keçirilməsi üçün hazırda ictimai tələb olmadığını bildirirlər. Bu halda, seçkilərin məğlub Ermənistanda hökm sürən böhranı aradan qaldıracağı ehtimalı şübhə doğurur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

