Ermənistanda siyasi qarşıdurma seçkiqabağı dövrdə daha da şiddətlənir
19.05.2021 [08:30]
Məğlub Ermənistanda uzun müddətdir davam edən siyasi qarşıdurma seçkiqabağı dövrdə yeni mərhələyə qədəm qoyub. Belə ki, növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi ciddi böhranla üzləşən ölkədə siyasi xaosun pik nöqtəyə çatdığından xəbər verir. Cəmiyyətdə müşahidə edilən acınacaqlı vəziyyət siyasi qüvvələr daxilindəki parçalanma ilə daha da ağırlaşmaqdadır. Erməni mediasının yazdığına görə, seçkilərə bir aydan da az vaxt qalmasına baxmayaraq, əhali seçkilərə etinasız yanaşır. Buna baxmayaraq, əsasən yenidən hakimiyyətə gəlmək istəyənlərin cəmləşdiyi müxalifət cəbhəsi və Paşinyanın komandası ciddi-cəhdlə seçkilərə hazırlaşır.
Beləliklə, bəzi ekspertlər Ermənistanda seçkiqabağı vəziyyəti heç də qənaətbəxş saymırlar. Məsələn, “Aysor.am”ın yazdığına görə, “Alternativ layihələr” qrupunun üzvü Elinar Vardanyan deyib ki, budəfəki seçkiqabağı mühit hansısa vədlərlə və proqramlarla kampaniya aparmaq üçün münasib deyil: “Bu gün yarıtmaz bir hökumət ucbatından üzləşdiyimiz böhran gündən-günə ağırlaşır. Ancaq seçkilərə bir ay qalsa da, əhali bunun vacibliyini anlamır, Ermənistanın dağılmaqda olduğunu başa düşmür”.
“Şərəfim var” seçki blokunun üzvü “Vətən” partiyasının sədri Artur Vanetsyan isə deyib ki, Ermənistan əhalisi çıxılmaz vəziyyətdədir: “Ermənilər fasiləsiz olaraq eşitdikləri populist yalanlardan, mənasız qarşıdurma və xaosdan beziblər. Bir çoxu ümidsizlik hissinə qapılıb”.
Bu arada bəlli olub ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni milli konqresi” partiyası iyunun 20-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində təkbaşına iştirak edəcək. Partiyanın qurultayındakı çıxışında Ter-Petrosyan bildirib ki, namizədlər siyahısına özü rəhbərlik edəcək. Onun sözlərinə görə, Ermənistanın üç sabiq prezidentinin rəhbərlik etdiyi qüvvələrin birləşməsi alınsaydı, Paşinyan hakimiyyətinin təkrar qələbə qazanmasına imkan verməmək olardı. “News.am” yazır ki, sabiq prezident belə bir ittifaqın baş tutmamasında Robert Koçaryanı günahlandırıb və onun yenidən hakimiyyətə gəlmək ehtirasının birləşmənin qarşısını aldığını iddia edib: “R.Koçaryanın qələbə çalmasını istisna edirəm. Digər siyasi qüvvələrdən birinin qələbəsi halında da daxili siyasi mübarizə davam edəcək, ölkədəki ağır problemlərin həlli üçün fürsət olmayacaq və Ermənistandan köç sürətlənəcək”.
Göründüyü kimi, təxminən 1 ay sonra keçiriləcək parlament seçkilərinə hazırlaşan məğlub ölkənin gələcəyi üçün nikbin proqnozlar verilmir. Çünki hazırda müxalifətin və hakimiyyətin daxilində parçalanma mövcuddur. Üstəlik, 17 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın parçalanması da müxalifətin seçkidə uğur qazanacağına inamı azaldır. Buna görə də seçkiqabağı dövrdə olduğu kimi, seçkidən sonra da Ermənistanda siyasi xaosun davam edəcəyi şəksizdir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

