Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Məğlub Ermənistanda siyasi gərginlik artır

Məğlub Ermənistanda siyasi gərginlik artır

27.05.2021 [09:22]

Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca məğlub ölkədə vəziyyət daha da gərginləşir. Erməni mətbuatının yazdığına görə, təkcə hakimiyyət və müxalifət qüvvələri arasında yox, iqtidar daxilində də siyasi qarşıdurma mövcuddur. Belə ki, hakim partiyanın proporsional siyahısı hakim komanda daxilində narazılığa, ayrı-ayrı seçkiqabağı blokların yaranması isə müxalifətin parçalanmasına gətirib çıxarıb.
Yerli medianın yazdığına görə, seçki siyahıları, bloklar arasında rəqabət daxili siyasi ziddiyyətlərin artmasına səbəb olur. Qeyd edək ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan komanda daxilində parçalanmanın qarşısını almaq üçün “Mənim addımım” blokundan olan deputatlara və vəzifəli şəxslərə vədlər versə də, seçki siyahısı elan ediləndən sonra narazılıq daha da böyüyüb. “News.am” yazır ki, “Mənim addımım” blokundan olan deputatlar Nikolay Bağdasaryan və Artak Manukyan seçkidə iştirakdan imtina ediblər.
Bununla yanaşı, seçkiqabağı kampaniya ərəfəsində müxalifətin Paşinyana qarşı ittihamları da artmaqdadır. Məsələn, “Aysor.am” yazır ki, “Vətən” partiyasının sədri Artur Vanetsyan vaxtilə təmsil etdiyi hakimiyyətin mövcudluğunu davam etdirməsinin Ermənistan üçün yaxşı nəticələr vəd etmədiyini söyləyib: “Biabırçı təslimçilikdən sonra N.Paşinyanın hakimiyyətdə qaldığı hər gün qanlı, ağrılı nəticələr və itkilər deməkdir”.
Bu arada, “Panorama.am” yazır ki, “Ermənistan” seçki blokunun qərargah rəhbəri, baş nazirin keçmiş müavini Armen Gevorkyan regionlara səfər etdiyini və seçicilərlə görüşləri zamanı vətəndaşların çoxunun ya səsvermədə qərarsız olduqları, ya da iştirak etmək niyyətində olmadıqları kimi reallığın mövcudluğunu dilə gətirib. Buna görə də A.Gevorkyan vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb: “Əks halda Paşinyan və komandası inzibati resurslardan istifadə edərək səs faizlərini artırmaq imkanı əldə edəcək. Nikol və komandası seçkilər yolu ilə hakimiyyətlərini qoruya biləcəklərinə ümid edirlər. Ona görə də seçkilərdə aktiv iştirak edək ki, Nikolun gələcəyimizi oğurlamasına imkan verməyək”.
Yeri gəlmişkən, “Hraparak” qəzeti yazır ki, Paşiyanın ən yaxın tərəfdarları da seçkiqabağı kampaniyada ona dəstək vermək fikrində deyillər: “Belə ki, Yerevanın indiki meri Hayk Marutyanın seçkiqabağı kampaniya dövründə ölkəni tərk edəcəyi bəlli olub. Seçkiqabağı təşviqat cəmi 12 gün davam edəcək və Marutyan həmin vaxt 6 gün ölkədə olmayacaq”.
Göründüyü kimi, məğlub Ermənistanda hakim komanda başda olmaqla siyasi qüvvələr seçkiqabağı gərginliyin yeni təlatümlərini yaşayırlar. Ekspertlərin fikrincə, ölkədə vətəndaşların seçkiyə münasibətdə tərəddüdləri Ermənistanda siyasi böhranın daha da dərinləşəcəyinə dəlalət edir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 806 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30