20 iyun seçkiləri Ermənistana vətəndaş müharibəsi vəd edir
08.06.2021 [09:00]
Məlum olduğu kimi, iyun ayının 20-də məğlub Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkiqabağı təşviqat-təbliğat kampaniyasına rəsmən start verilib. Yerli medianın mərkəzi seçki komissiyasına (MSK) istinadən yaydığı məlumata görə, 7 iyun tarixindən başlayan seçkiqabağı təşviqat-təbliğat kampaniyasının müddəti 19 iyuna qədər davam edəcək. MSK seçkilərdə iştirak edəcək 4 bloku və 22 partiyanı rəsmi olaraq qeydiyyata alıb.
Qeyd edək ki, seçkilərdə iştirakını elan edən siyasi qüvvələr Paşinyanın komandasının hakimiyyətdən kənarlaşdırılmasını əsas hədəf kimi qarşıya qoyur. Amma seçkiqabağı blokların və ittifaqların formalaşması mümkün olsa da, 7 iyuna qədər aparılan rəy sorğuları səslərin ciddi şəkildə parçalanacağını göstərir.
Sonuncu rəy sorğusunun nəticələrinə görə, parlament seçkilərində müstəqil olaraq iştirak edən hakim partiya irəlidə olsa da, qələbə qazanmaq şansı xeyli aşağı düşüb. “News.am” yazır ki, N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının gözlənilən səs faizi 22-yə düşüb. Onun ardınca 20 faizlə “Ermənistan” seçki bloku gəlir. Digər blok və partiyalara gəlincə, “Çiçəklənən Ermənistan” partiyası və “Şərəfim var” blokunun səsləri 4 faizə yaxın hesab edilir.
Mövcud hakimiyyətin nüfuzdan düşməsini digər rəy sorğularından da görmək mümkündür. “Armenia today”in yaydığı məlumata görə, “Gallup” beynəlxalq assosiasiyasının Ermənistan nümayəndəliyi tərəfindən aparılan və ölkənin bütün regionlarından 1100 respondentin iştirak etdiyi telefon sorğusu da bunu sübut edir. Həmin rəy sorğusuna görə, baş nazir vəzifəsini icra edən N.Paşinyanın fəaliyyəti vətəndaşların 27,2 faizi tərəfindən müsbət qiymətləndirilir. Nəşr yazır ki, rəyi soruşulan respondentlərin 55,3 faizi isə parlament seçkilərində mütləq iştirak edəcəklərini bildiriblər.
Sabiq spiker Qalust Sahakyan da yeni parlamentin necə formalaşacağı barədə proqnoz verib. “Sputnik-Ermənistan”a müsahibəsində Q.Sahakyanın verdiyi proqnozlara görə, 5 siyasi qüvvə yeni parlamentdə yer tuta biləcək: “Çox güman ki, “Şərəfim var” və “Ermənistan” blokları, “Çiçəklənən Ermənistan” partiyası və hakim partiya mandat əldə edə biləcək. Beşinci qüvvənin kimliyi barədə cavab verməkdə çətinlik çəkirəm”.
Sahakyan hesab edir ki, saxtalaşdırmalar olmasa, Paşinyanın partiyası seçkilərdə 20-22 faiz səs əldə edə biləcək. Onun fikrincə, səslərin 60 faizinə iddia edən hakimiyyət hər vasitə ilə seçki nəticələrini saxtalaşdırmağa çalışacaq.
Bu arada, “News.am” yazır ki, “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan deyib ki, seçki ərəfəsində həmrəylik və birlik rədd edilirsə, onun alternativi vətəndaş müharibəsi və qarşıdurmadır. O, bildirib ki, Ermənistanın vətəndaş müharibəsi astanasında olduğunu proqnozlaşdırmaq mümkündür.
Göründüyü kimi, bəzi ekspertlərin fikrincə, parlament seçkilərinin nəticələri ciddi toqquşmalara gətirib çıxara bilər. Seçkilərdə yeni hökumətin qurulmasına mane ola biləcək ehtimallar onu deməyə əsas verir ki, 20 iyun seçkiləri Ermənistana vətəndaş müharibəsi vəd edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

