Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12.06.2021 [09:31]
Seçkiqabağı təşviqat-təbliğat kampaniyası davam edən məğlub Ermənistanda siyasi ehtiraslar getdikcə qızışır, kompromat savaşı böyuyür. Erməni KİV-i yazır ki, seçkiqabağı kampaniyada əsasən, sabiqlərin rəhbərlik etdiyi siyasi qüvvələr və Paşinyanın partiyası daha fəaldır. Daha doğrusu, hazırda bütün eks-prezidentlər Paşinyana qarşı ittihamlar səsləndirməklə, sonuncu isə onlara cavab verməklə məşğuldur.
Yeri gəlmişkən, bəzi ekspertlər seçkiqabağı siyasi gərginliyin artmasının məğlub ölkənin gələcəyi üçün təhlükəli olduğu qənaətindədirlər. Məsələn, “News.am” yazır ki, buraxılmış parlamentin keçmiş üzvü Naira Zöhrabyan baş nazir vəzifəsini icra edən N.Paşinyanın son günlər verdiyi açıqlamaların və sərgilədiyi davranışların təhlükəli nəticə vəd etdiyini bildirib. Bildirilib ki, budəfəki seçkidən sonra da 1 mart 2008-ci ildə baş verən qanlı hadisələr təkrarlana bilər.
Öz növbəsində, sabiq prezident, “Erməni milli konqres” partiyasının sədri Levon Ter-Petrosyan son açıqlamalarında Paşinyanı sərt tənqid edib. Onun sözlərinə görə, Paşinyan ölkənin gələcəyi üçün heç nə edə bilməyəcək: “Onunla hətta öz ailəsinin üzvləri belə normal münasibət qura bilmirlər”.
Paşinyanın hakimiyyəti dövründə bir müddət təhlükəzilik xidmətinin rəhbəri vəzifəsində işləmiş, “Şərəfim var” blokundan baş nazir postuna namizəd Artur Vanetsyan isə onu təhqir edib. Sünik (Zəngəzur) vilayətində seçicilərlə görüşündə Paşinyanı “hədəfə alınmış ördəyə” bənzədən A.Vanetsyan onun Ermənistana rəhbərlik etməsinin “faciə” olduğunu deyib. Onun sözlərinə görə, Paşinyan yalan danışmağı, insanları aldatmağı özünə peşə seçib: “Kapitulyantın özünün dediyi kimi, özünü dəli kimi göstərərək hamını aldatmağa çalışıb”.
Xatırladaq ki, seçkiqabağı kampaniya zamanı müşahidə edilən zorakılığa çağırışlar və təhqirlər beynəlxalq təşkilatların da reaksiyasına səbəb olub. Belə ki, “Freedom House” insan hüquqları təşkilatı seçki ərəfəsində erməni siyasətçiləri tərəfindən şiddət və nifrət ritorikasının istifadəsindən narahatlığını ifadə edib. “Armenpress” agentliyinin verdiyi xəbərə görə, təşkilatın yaydığı açıqlamada deyilir ki, bu cür hərəkətlər cəmiyyətin qütbləşməsinə gətirib çıxarıb: “Biz bütün tərəfləri bu cür ritorikadan çəkinməyə və seçki zamanı demokratik davranış standartlarına riayət etməyə çağırırıq”.
Beləliklə, təşviqat-təbliğat kampaniyası çərçivəsində hökm sürən ab-hava göstərir ki, Ermənistan yenidən təhlükəli dövrə qədəm qoyub. Ekspertlər isə belə davam edərsə, 2008-ci ildə baş vermiş hadisələrin təkrarlanmasının istisna etmirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

