Növbədənkənar parlament seçkilərindən sonra Ermənistanda siyasi gərginlik daha da artıb
01.07.2021 [09:06]
Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra siyasi gərginlik daha da artıb. Erməni mediası yazır ki, buna səbəb müxalifət bloklarının seçkilərin yekun nəticələrindən konstitusiya məhkəməsinə şikayət etməsidir. Onlar seçkilərin nəticələrinin ləğv olunmasını tələb edirlər. Ancaq həmin bloklar parlamentdə qazandıqları mandatdan da imtina etmək fikrində deyillər. Belə ki, parlamentdaxili mübarizəyə hazır olduğunu nümayiş etdirən müxalifətin qənaətinə görə, hökumət əvvəlki qaydada fəaliyyət göstərməyə davam etdiyi halda, ilyarımdan sonra yenidən növbədənkənar seçkilərin keçirilməsi qaçılmaz olacaq. Göründüyü kimi, bu hal Ermənistana heç də sabit gələcək vəd etmir. Yəni bu açıqlamalar ondan xəbər verir ki, Paşinyan hakimiyyəti yeni hökuməti qursa belə, uğur qazanmayacaq.
Bu arada, Paşinyanın komandasında artıq vəzifə uğrunda mübarizə gedir. “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, hakim “Vətəndaş müqaviləsi” partiyasında “vəzifə bölgüsü” prosesi başlayıb. Qəzetin yazdığına görə, hələlik bu proses baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın iştirakı olmadan başlayıb: “Əldə etdiyimiz məlumata görə, “Vətəndaş müqaviləsi” partiyasının üzvləri müzakirələr zamanı, xüsusilə fraksiyanın hazırkı lideri Lilit Makuntsun yerinə kimin seçiləcəyini müəyyənləşdirməyə girişiblər. Belə ki, L.Makuntsun Ermənistanın ABŞ-dakı səfiri vəzifəsinə təyinatı günəmdə olduğundan Hayk Koncoryan və Arpi Davoyan hakim fraksiyanın parlamentdəki rəhbəri vəzifəsinə iddialıdırlar. Parlament sədri vəzifəsi uğrunda da fəal mübarizə gedir. Ararat Mirzoyan, Alen Simonyan və Suren Papikyan bu posta real namizəddirlər. Lakin partiya Ararat Mirzoyanın spiker vəzifəsində qalmasını təmin etməyə daha çox meyillidir”.
Bu məqamda onu da vurğulayaq ki, bəzi ekspertlər seçkilərin nəticəsinə fərqli yanaşma nümayiş etdirirlər. Məsələn, “News.am”ın yazdığına görə, “Sosial ədalət naminə” partiyasının rəhbəri Arman Qukasyan deyib ki, seçicilərin az qala 50 faizinin seçkilərdə iştirak etməməsi cəmiyyətdə seçkilərə qatılanlardan fərqli, yeni siyasi qüvvələrə tələbat olduğunu göstərir. Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri cəmiyyətin ciddi şəkildə qütbləşdiyini göstərir: “Bu isə narahatlıq yaradır, çünki qütbləşmə davam edərsə, ölkədə böhran daha da güclənəcək. Budəfəki seçkiqabağı kampaniyanın öncəkilərdən əsas fərqləndirici xüsusiyyəti siyasi qüvvələr tərəfindən seçicilərə Ermənistanı böhrandan çıxarmaq üçün konkret proqramlar təklif edilməməsi idi. Bunun əvəzində iqtidar və müxalifət bir-birilərini nüfuzdan salmaq məqsədi güdürdülər”.
Beləliklə, ekspertlər seçkilərin nəticələrinin Ermənistanı böhrandan çıxarmadığını, əksinə, növbədənkənar parlament seçkilərinin cəmiyyətdə ciddi qütbləşmə yaratdığını bildiriblər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27

